Bakı,
Azərbaycan
01/09/2026
-
15/09/2026
İş haqqında məlumat
- Fermerlərin bitki bəslənməsi və mühafizəsi ilə bağlı məsləhətlər və texniki dəstək göstərmək;
- Müxtəlif bitkilər üçün gübrələmə və mühafizə proqramları hazırlamaq;
- Şirkət əməkdaşları üçün praktik və nəzəri təlimlər keçmək;
- Şirkətin gübrə və pestisid məhsullarına dair texniki təlimat və məlumat materiallarının hazırlanmasında iştirak etmək;
- Yeni fermerlərin cəlb olunması və mövcud müştərilərlə davamlı əməkdaşlığın qorunması;
- Yeni məhsulların bazara uyğunluğunu araşdırmaq, sınaqdan keçirmək və təkliflər hazırlamaq;
- Əsas müştərilərlə mütəmadi əlaqə saxlamaq, tələblərini analiz etmək və çarpaz satış imkanları yaratmaq;
- Satış prosesini idarə etmək, sifarişlərin yerinə yetirilməsinə və müqavilə şərtlərinə nəzarət etmək.
Tələblər
İş rejimi: Tam ştat
İş yeri: Azərbaycanın bölgələri
Namizəd üçün tələblər:
- Aqronomluq ixtisası üzrə ali təhsil (şərt olan tələb);
- Kənd təsərrüfatı sahəsində ən azı 3 illik iş təcrübəsi;
- Açıq sahə (taxıl, texniki bitkilər), bostan və meyvə bağlarında bitki bəslənməsi və bitki mühafizəsi üzrə dərin bilik və praktiki bacarıqlar;
- Yerli torpaq tipləri, bitki sortları və fermer təcrübələri barədə geniş məlumatlılıq;
- Müxtəlif bitkilər üçün gübrələmə planlarının tərtibi və zərərvericilərə qarşı effektiv mübarizə metodlarının tətbiqi üzrə biliklər;
- Aktiv, məsuliyyətli, təşəbbüskar və komanda ilə işləmə bacarığına malik olmaq;
- Avtomobilin olması üstünlük sayılır;
- Ezamiyyətlərə və səfərlərə açıq olmaq.