GT Cars MMC

Satıcı (Avtomobil Satışı)

GT Cars MMC
500 ₼
444
Tam iş günü
Bakı, Azərbaycan
02/07/2026 - 16/07/2026

İş haqqında məlumat

  • GT CARS komandasına məsuliyyətli, aktiv və satış bacarığı yüksək olan əməkdaş axtarır. Şirkətimizin əsas fəaliyyət istiqaməti avtomobil satışıdır. Namizəd müştərilərlə peşəkar ünsiyyət qurmalı, onların ehtiyaclarını düzgün müəyyən etməli və satış prosesini uğurla idarə etməlidir.

Vəzifə öhdəlikləri

  • Müştərilərlə peşəkar ünsiyyət qurmaq və onları düzgün istiqamətləndirmək;
  • Avtomobillər haqqında ətraflı məlumat təqdim etmək;
  • Satış prosesini əvvəldən sona qədər idarə etmək;
  • Müştəri məmnuniyyətini təmin etmək;
  • Şirkətin satış hədəflərinə nail olunmasına töhfə vermək.

Əmək haqqı

  • Sabit maaş: 500 AZN
  • Hər satılan avtomobilə görə əlavə bonus.

Qazanc potensialı: Bonus sistemi sayəsində aylıq gəlir 1.500+ AZN və daha çox ola bilər.

Tələblər

  • Satış sahəsində təcrübə və ya satış prinsipləri haqqında bilik;
  • Çin avtomobilləri barədə məlumatlı olmaq;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Məsuliyyətli, dürüst və nəticəyönümlü olmaq;
  • Komandada işləmək bacarığı;
  • Çin dilini bilən namizədlərə üstünlük verilir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun