Bakı,
Azərbaycan
18.08.2025 14:37
-
18.09.2025 12:00
İş haqqında məlumat
- Şirkəti düzgün təmsil etmək, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq;
- Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
- Müştəriyə smeta və kommersiya təkliflərini hazırlayıb təqdim etmək;
- Satışın icrasını təmin etmək;
- Anbarda səliqəyə nəzarət etmək, anbar qalıqlarını nəzarətdə saxlamaq və inventarizasiya keçirmək;
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.
Müraciət proseduru:
- Maraqlananlar CV –lərini, mövzu hissəsində “Satıcı” yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək.
Tələblər
- Xanım namizədlərə üstünlük verilir;
- Ali və ya orta ixtisas tikinti təhsili;
- Tikinti satış sektorunda 1-2 il iş təcrübəsi arzuolunandır;
- Kompüter üzrə minimum bilik. Hesabatların hazırlanması üçün Word, Excel proqramları;
- 1C satış proqramı ilə tam işləmək bacarığı;
- Danışıq Azərbaycan dilini bilmək;
- Sürücülük vəsiqəsi olsun və avtomobil idarə etməyi bacarsın;
- Ünsiyyət bacarığı, nəzakətlilik, müşahidəçilik kimi bacarıq və keyfiyyətlərə malik olmaq.