Bakı,
Azərbaycan
05.08.2025 12:35
-
05.09.2025 12:00
İş haqqında məlumat
- Mağazaya daxil olan müştəriləri gülərüz və nəzakətlə qarşılamaq, ehtiyaclarını diqqətlə dinləmək;
- Müştərinin tələbatına uyğun məhsulları təqdim etmək və düzgün seçim etmələrinə yardım etmək;
- Satış prosesini peşəkar şəkildə idarə etmək (məhsul təqdimatı, məsləhət, seçim və satış);
- Müştəri sifarişlərini düzgün şəkildə qeydə almaq və müvafiq şöbəyə yönləndirmək;
- Mövcud məhsullar barədə dəqiq, əhatəli və yenilənmiş məlumat təqdim etmək;
- Mağazada səliqə-sahmanı qorumaq, məhsulların düzgün düzülüşünü təmin etmək;
- Mağaza rəhbərliyinin gündəlik tapşırıqlarını vaxtında və tələb olunan şəkildə yerinə yetirmək;
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət quraraq, xidmət keyfiyyətini təmin etmək.
Kassa əməliyyatlarını icra etmək:
- Nağd və nağdsız ödənişləri qəbul etmək (POS-terminal, bank kartları, mobil ödənişlər və s.);
- Qəbzlərin düzgün və şəffaf şəkildə təqdim olunmasını təmin etmək.
İş şəraiti
- Əmək haqqı: 800 AZN;
- İş rejimi: Tam ştat;
- İş qrafiki: Həftəiçi 09:00 – 18:00;
- Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Müraciət Qaydası:
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu hissəsində "Satıcı-Kassir" qeyd olunmalıdır.
Tələblər
- Yalnız kişi namizədlər qəbul olunur;
- Kassir və ya satıcı vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
- Satış yönümlü və müştəri məmnuniyyətinə fokuslanan yanaşma;
- Dəqiqlik, dürüstlük və məsuliyyətlilik;
- Komanda ilə işləmək və əməkdaşlığa açıq olmaq;
- Kassa əməliyyatlarını icra etmək bacarığı (POS-terminal və digər ödəniş sistemləri ilə işləmə);
- Azərbaycan dilində səlis danışıq (Rus və digər dilləri bilmək üstünlükdür).