hrin.az
Reklam

Satıcı-kassir (xanım)

Rəmzioğlu Paxlava MMC

Əmək haqqı: 600-1000 ₼

253918 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiNövbəli
ŞəhərBakı
CinsQadın
Yaş20-35
Kompüter bilikləriYoxdur
TəhsilBakalavr
Azərbaycan diliYoxdur
Rus diliOrta
İngilis diliOrta

İş haqqında

Vəzifə öhdəlikləri:
– Müştəriləri gülərüz qarşılamaq və məhsullar haqqında ətraflı məlumat vermək;
– Şirniyyat və digər məhsulların təqdimatını və satışını həyata keçirmək;
– Müştərilərin sifarişlərini qəbul etmək və masa xidməti göstərmək;
– Kafe daxilində ofisiant xidmətini həyata keçirmək;
– Müxtəlif növ qəhvələrin hazırlanmasını öyrənmək və standartlara uyğun hazırlamaq;
– Kassa əməliyyatlarını həyata keçirmək və ödənişləri qəbul etmək

Namizədlərə tələblər:

– Təhsil : Ali
– İş təcrübəsi : 1 ildən 3 ilə kimi (qida sektorunda satıcı vəzifəsində təcrübə mütləqdir)
– Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 20-35 yaşında Xanım namizədlərin müraciətlərinə üstünlük verilir
– Xarici dil biliyi mütləqdir;
– Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
– Operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
– Müştəriyönümlü və komandada işləmə bacarığı.

İş şəraiti:
– İş qrafiki: 6 günlük (həftədə 1 gün istənilən gün istirahət)
– İş vaxtı: 2 növbəli
– İş yeri: Bakı, Bülbül pr. (28 May – Sahil m.) / Nərimanov m., İzəddin Həsənoğlu 53
– Nahar şirkət tərəfindən təmin olunur;
– Şirkət əməkdaşları üçün xüsusi endirim və üstünlük imkanları.

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600-1000 AZN təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Reklam