Parrus Group

Satıcı konsultant

Parrus Group
700 ₼
3039
Tam iş günü
Bakı, Azərbaycan
29/09/2025 - 29/10/2025

İş haqqında məlumat

  • Yeni müştərilərin cəlb olunması və satış həcminin artırılması, müştəri bazasının genişləndirilməsi;
  • Təqdim olunan müştəri bazası əsasında abunəçilərə zənglərin olunması, e-maillərin göndərilməsi və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması;
  • Xidmətlərin müştərilər tərəfindən tanınmasını təmin etmək, yeni potensial müştəriləri araşdırmaq və əməkdaşlığa cəlb etmək;
  • Potensial müştəri və müştərilər ilə daim kommunikasiyanı qoruyub saxlamaq;
  • Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq və bu təklifləri rəhbərliyə təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.

İş şəraiti

  • İş saatları həftə içi 6 gün 10:00-19:00 (13:00-14:00 nahar fasiləsi);
  • Istənilən 1gün istirahət günüdür;
  • Əmək haqqı: 700 azn.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

Şəxsi keyfiyyətləri:

  • Kişi namizədlər;
  • Dəqiq və dürüst olmalı;
  • Pozitiv və ofis etikasına sahib olmalı;
  • Mükəmməl ünsiyyət və insanları inandırma qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus dili – arzuolunandır;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Oxşar vakansiyalar