Bakı,
Azərbaycan
05/01/2026
-
19/01/2026
İş haqqında məlumat
- Mağazada pərakəndə müştərilərə məhsulların təqdim edilməsi və satışın həyata keçirilməsi;
- Usta və topdan müştərilərin ehtiyacının öyrənilməsi, uyğun məhsul seçiminə köməklik göstərilməsi;
- Məhsullar barədə düzgün və aydın məlumatın verilməsi;
- Rəflərin/vitrinin səliqəli saxlanılması, məhsulların düzgün düzülməsi;
- Məhsul sayımında iştirak edilməsi, qiymət etiketlərinin nəzarətdə saxlanılması;
- Usta/topdan müştərilərlə münasibətin düzgün qurulması və davamlılığın təmin edilməsi.
İş şəraiti:
- İş günləri: 6 iş günü, 1 gün istirahət;
- İş saatları: 09:00–21:00;
- İş yeri: Bakı, Azadlıq Prospekti (28 May metrostansiyasının 2-ci çıxışı);
- Başlanğıcda hər gün treninqlər, sonradan həftədə ən azı 1–2 dəfə;
- Peşəkar satış mütəxəssisi tərəfindən təlimlər keçirilir;
- Yemək (catering) təmin olunur;
- Forma verilir (göy rəng).
Vakansiya haqqında:
- Vakansiya növü: tam ştat;
- Əməkhaqqı: 400 AZN fix + satışdan çox yaxşı faiz (ümumi aylıq 1000-1200 AZN +);
- Sınaq müddəti (ehtiyyac yaranarsa): 1 ay;
- Rəsmi iş: bəli;
- İşə başlama tarixi: 21.01.2026-dan etibarən;
- Satılan məhsul kateqoriyaları: TV box, TV kronşteyn, adapter/charger, kamera və təhlükəsizlik sistemləri, pultlar, batareyalar, TV detalları, bəzi kiçik məişət texnikası, ehtiyyat hissələri(kondinsator, rele və s.) və s.
Tələblər
- Yaş: 25–35;
- Bəy namizədlər
- Hərbi xidməti tamamlamış və ya hərbidən azad olan şəxslər;
- Azərbaycan dili mütləqdir, rus dili üstünlükdür;
- İngilis dili: minimum A1 (reading) — qısa test ola bilər (terminləri və vebdə olan məlumatları oxuyub anlamaq üçün);
- Satış təcrübəsi mütləqdir (xüsusən elektronika sahəsində);
- Səbirli, məsuliyyətli, ünsiyyətcil olmaq və satışı sevmək;
- Aktiv və çevik işləmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.