AZCD Group QSC

Satınalma departamentinin rəhbəri

AZCD Group QSC
Ə/h razılaşma ilə
8647
Tam iş günü
Bakı, Azərbaycan
24.10.2025 05:03 - 24.11.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin satınalma prosesini təşkil və idarə edir;
  • Tədarükçülərin seçimini aparır, alış tələblərini tələb olunan qiymət səviyyəsində nəzərdən keçirir və şöbə rəhbərlərini alınacaq mallar barədə məlumatlandırır;
  • Xarici və yerli təchizatçıları araşdırır, seçim edir və təchizatçı bazasını daima yeniləyir;
  • Satınalma bazarını araşdırır, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıları cəlb edir;
  • Xarici və yerli təchizatçılarla, o cümlədən endirimlər və sərfəli kredit şərtləri barədə danışıqlar aparır;
  • Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirir;
  • Satın alınmış xammal, mal, materiallar və xidmətlərin məlumat bazasını hazırlayır və yeniləyir, xarici və yerli təchizat xərclərinə nəzarət edir, aidiyyəti şəxslərə hesabat verir;
  • Satınalmalar üçün rəqabətli qiymət sorğusu (RFQ) sisteminə nəzarət edir;
  • Üçüncü şəxslərlə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırır;
  • Şirkətin inzibati və qeydiyyat tələblərinə riayət edir;
  • Satınalmaların aidiyyəti şəxslərə çatdırılması barədə hesabat verir;
  • Tələb olunduqda daşınma və gömrük məsələlərini həll edir.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyəti sahələr);
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (ən azı 2 il rəhbər vəzifədə);
  • Təchizat bazarı və satınalma prosedurları üzrə biliklər;
  • Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli, detallara diqqətli;
  • MS Office və 1C proqramlarını bilmək;
  • Azərbaycan dili zəruridir, rus və/və ya ingilis dili üstünlükdür.


Oxşar vakansiyalar