CCN Holding

Satınalma Memarı (Procurement Architect)

CCN Holding
Ə/h razılaşma ilə
294
Tam iş günü
Bakı, Azərbaycan
03/08/2026 - 17/08/2026

İş haqqında məlumat

Qrup şirkətlərimizdən biri olan CCN İnşaat şirkətinin Azərbaycanın Bakı şəhərində həyata keçirdiyi Olive Bay Layihəsi üçün Satınalma Memarı (Procurement Architect) vəzifəsinə peşəkar namizəd axtarırıq.

  • Layihənin memarlıq işləri üzrə material, avadanlıq və xidmət ehtiyaclarını müəyyən etmək;
  • Memarlıq layihələrini, texniki şərtləri, cizgiləri və metrajları təhlil edərək satınalma proseslərini həyata keçirmək;
  • Memarlıq işlərinə aid materiallar üzrə bazar araşdırması aparmaq və alternativ təchizatçıları müəyyən etmək;
  • Təchizatçılardan qiymət təklifləri toplamaq, texniki və kommersiya baxımından qiymətləndirmək;
  • Satın alınacaq material və məhsulların layihənin texniki tələblərinə uyğunluğunu aidiyyəti texniki komandalarla birlikdə yoxlamaq;
  • Satınalma sifarişlərini hazırlamaq, sifarişlərin icrasını izləmək və vaxtında çatdırılmanı koordinasiya etmək;
  • Təchizatçılarla qiymət, çatdırılma müddəti və kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
  • Memarlıq, Texniki Ofis və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
  • Satınalma prosesləri ilə bağlı hesabat və sənədləri hazırlamaq.

Tələblər

  • Memarlıq ixtisası üzrə ali təhsil;
  • Tikinti sektorunda memarlıq və ya memarlıq üzrə satınalma sahəsində minimum 3 il iş təcrübəsi;
  • Memarlıq materialları, incə tikinti işləri, fasad, daxili və xarici məkan materialları üzrə bilik;
  • Memarlıq layihələrini, texniki cizgiləri və spesifikasiyaları oxuma və təhlil etmə bacarığı;
  • Satınalma prosesləri və təchizatçıların idarə olunması sahəsində bilik;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • AutoCAD biliyi üstünlükdür;
  • Analitik düşünmə, planlaşdırma, danışıqlar aparma və ünsiyyət bacarıqları;
  • Azərbaycan və ya türk dilini yaxşı səviyyədə bilmək, ingilis dili biliyi üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun