Satınalma mütəxəsisi - Nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin satın alınması üzrə
Baku Bus
Ə/h razılaşma ilə
1968
Tam iş günü
Bakı,
Azərbaycan
14.08.2025 00:00
-
14.09.2025 00:00
İş haqqında məlumat
- Cəmiyyətin satınalma qaydalarına riayət etmək;
- Avtobus parkında istifadə olunan bütün nəqliyyat vasitələrinin ehtiyat hissələri üzrə bazar araşdırmalarını (daxili və xarici) aparmaq;
- Təchizatçılarla əməkdaşlıq etmək, qiymət təkliflərini toplamaq, müqayisəli təhlil hazırlamaq;
- Müqavilələrin layihəsini hazırlamaq, aidiyyati struktur bölmə ilə razılaşdırmaq və rəhbərliyə təqdim etmək;
- Satınalma prosesinin şəffaf və səmərəli həyata keçirilməsi üçün tender prosedurlarında iştirak etmək;
- Ehtiyat hissələrinin texniki spesifikasiyalarının dəqiq hazırlanması üçün aidiyyati struktur bölmə ilə əməkdaşlıq etmək;
- Ehtiyyat hissələrinin təhvil-təslim prosesini izləmək, keyfiyyətə və komplektasiyaya nəzarət etmək;
- Gecikmələrin, keyfiyyətsizlik hallarının və uyğun olmayan məhsulların sənədləşdirilməsi və təchizatçıya bildirilərək həlli üzrə tədbirlər görmək;
- Ehtiyat hissələri üzrə illik və aylıq satınalma planlarının icrasına nəzarət etmək;
- Şirkət daxilində satınalmalar üzrə hesabatların hazırlanması (aylıq, rüblük, illik) ;
- Satınalma prosesində xərclərin optimallaşdırılması üçün təkliflər hazırlamaq;
- Təchizatçılarla müqavilələrin tərtibi, ödənişlərin icrasının izlənilməsi;
- Vəzifə təlimatı üzrə rəhbərlik tərəfindən verilən qanuna uyğun digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri );
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, maliyyə, menecment və digər əlaqədar ixtisaslar)
- Dövlət satınalmaları üzrə minimum 3 il iş təcrübəsi olmalı;
- Məsuliyyətli, dəqiq və detallara fikir vermək qabiliyyəti;
- MS Office proqramları (Excel,Word, Outlook proqramları ilə sərbəst işləmək bacarığı)
- Nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin satın alınmasını üzrə təcrübəsinin olunması.
- Azərbaycan dili sərbəst. İngilis dili bilməsi arzuolunandır.
- Danışıqların yüksək səviyyədə aparılması, qarşılıqlı əlaqələrin qurulması və problemləri həll etmək bacarığı;
- Effektiv şifahi və yazılı ünsiyyət bacarığı;
- Komanda ilə işləmək bacarığı.