Bakı,
Azərbaycan
03/04/2026
-
17/04/2026
İş haqqında məlumat
Satınalma Prosesinin İdarəedilməsi
- Şirkət siyasətinə, prosedurlara və layihə qrafiklərinə uyğunluğu təmin etməklə, mal və xidmətlər üzrə bütün növ satınalma sorğularının idarə edilməsi
- Hərtərəfli qiymət müqayisələri vasitəsilə ən əlverişli qiymətləri və yüksək keyfiyyətli mal və xidmətləri təmin etmək üçün bazarın qiymətləndirilməsi
- Təşkilati ehtiyaclara uyğun olaraq həm yerli, həm də beynəlxalq satınalma sifarişlərinin (PO) hazırlanması
- Daxili komanda ilə sıx əməkdaşlıq edərək onların satınalma ehtiyaclarını anlamaq və bu ehtiyacların ümumi korporativ prioritetlərlə uyğunluğunu təmin etmək
Riskin İdarəedilməsi və Logistika
- Mümkün kəsilmələrə qarşı qorunmaq üçün təchizatçıların diversifikasiyası və fövqəladə hallar planlaması daxil olmaqla, risklərin azaldılması strategiyalarının tətbiqi
- Bütün sifarişlərin vaxtında çatdırılmasını təmin etmək üçün logistika komandası ilə tərəfdaşlıq edilməsi
- Təchizat zəncirinin bütün aspektlərinə nəzarət edilməsi, hər hansı maneə və ya səmərəsizlik barədə rəhbərliyin dərhal məlumatlandırılması
Müqavilə və Danışıqlar
- Müqavilələrin icrasına nəzarət edilməsi, müqavilə fayllarının saxlanılması və onlardan gələcəkdə istinad mənbəyi kimi istifadə olunması
- Təchizatçılarla qiymət danışıqlarının, ödəniş şərtlərinin, çatdırılma qrafiklərinin və digər müqavilə şərtlərinin idarə edilməsi
- Xərclərə qənaət və səmərəli fəaliyyəti təmin etmək məqsədilə əlverişli şərtlər əldə etmək üçün podratçılarla danışıqların aparılması
Uçot və Koordinasiya
- Həm ERP sistemində, həm də ortaq qovluqlarda izlənilə bilənliyi və şəffaflığı təmin etməklə, satınalma qeydlərinin dəqiq və aktual şəkildə aparılması
- Sifarişlər və satınalma ilə bağlı problemlərin düzgün həllini təmin etmək üçün maliyyə, hüquq və layihə idarəetməsi kimi daxili şöbələrlə koordinasiyalı fəaliyyət
Anbar və İnventarizasiya
- Anbar ehtiyatlarının səviyyəsinə nəzarət edilməsi və minimum ehtiyat limitlərinin qorunub saxlanılması
- Anbar qalığının dəqiqliyini təmin etmək üçün müntəzəm olaraq inventarizasiya (sayım) prosesinin aparılması
- Mal materiallarının anbardan çıxışı və daxili bölmələrə paylanması prosesinin ERP sistemində qeydiyyatı
- Zədələnmiş və ya yararsız malların müəyyən edilməsi, aktlaşdırılması və silinməsi prosesinin idarə edilməsi
İş şəraiti
- İş rejimi: Tam iş günü
- Əmək haqqı: Müsahibə əsnasında
- Yer: Bakı, Azərbaycan
- Tabeçilik: Satınalma Departamentinin Rəhbəri
Tələblər
Peşəkar Bacarıqlar
- Texnologiya bazarı, eləcə də resursların tapılması (sourcing) və satınalma metodologiyaları üzrə biliklər
- ERP sistemlərində işləmə təcrübəsi
- Qərar qəbul etmə meyilli və rəqəmlərlə işləmək bacarığı
- Detallara qarşı ciddi diqqət yetirməklə, eyni vaxtda çoxsaylı tapşırıqları idarə etmək bacarığı
- Sürücülük vəsiqəsi mütləqdir
Şəxsi Keyfiyyətlər
- Mükəmməl ünsiyyət, danışıqların aparılması (negotiation) və işgüzar əlaqələrin qurulması (networking) bacarıqları • Stress altında işləmək qabiliyyəti • Komanda ilə əməkdaşlıq etmək və müstəqil qərar qəbul etmək bacarığı
Dil Bilikləri
- Azərbaycan dilini — mükəmməl səviyyədə (məcburi)
- Rus dilini — mükəmməl səviyyədə (üstünlük)
- İngilis dilini — mükəmməl səviyyədə (üstünlük)
Sürücülük
- B kateqoriyalı sürücülük vəsiqəsi (məcburi)
- Aktiv sürücülük təcrübə - minimum 2il
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.