Bakı,
Azərbaycan
23/09/2026
-
07/10/2026
İş haqqında məlumat
Şirkətimizə yerli və xarici bazarlardan tələb olunan məhsul və avadanlıqların araşdırılması, təchizatçıların seçilməsi və satınalma prosesinin idarə olunması üçün təcrübəli xanım Satınalma Mütəxəssisi axtarılır.
Vəzifə öhdəlikləri:
- Yerli və xarici bazarlardan tələb olunan məhsulların araşdırılması və satın alınması;
- Təchizatçılarla danışıqların aparılması və qiymət təkliflərinin əldə edilməsi;
- Satınalma sənədlərinin hazırlanması və sifarişlərin izlənilməsi;
- Çatdırılma prosesinə nəzarət edilməsi;
- Bazar araşdırmalarının aparılması və alternativ təkliflərin hazırlanması.
- Sifarişlərin hazırlanması və təchizat prosesinin izlənilməsi;
- Xarici bazarlarda məhsulların və alternativ təchizatçıların araşdırılması;
- İdxal və logistika proseslərinin koordinasiyasında iştirak;
Tələblər
- Xanım namizəd
- Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
- Yerli və xarici təchizatçılarla işləmək təcrübəsi;
- Danışıqlar aparmaq və kommersiya təkliflərini qiymətləndirmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyətli, operativ və analitik düşüncə tərzi;
- İT və telekommunikasiya sahəsində satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Təklif edirik: - İş qrafiki: 5 günlük iş həftəsi;
- Əmək haqqı: müsahibə əsasında;
- Karyera və peşəkar inkişaf imkanları;
- Stabil və peşəkar iş mühiti.