Bakı,
Azərbaycan
08.08.2025 02:06
-
08.09.2025 12:00
İş haqqında məlumat
- Satınalma-təchizat zənciri üzrə tapşırıqların yerinə yetirilməsi;
- Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi;
- Mövcud və potensial müştərilərlə əlaqələrin saxlanılması və inkişafı;
- Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi;
- Satış məqsədilə təqdimatların keçirilməsi;
- Müştərilərlə və təchizatçılarla ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı;
- Mövcud bazarın və rəqiblərin analizi;
- Bazarın tələbinə uyğun təkliflərin araşdərəlması və formalaşdırılması;
- Müştərilərə sistemli şəkildə səfər etmək və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradılması;
- Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək;
- Aylıq və həftəlik hesabat vermək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki - 5 günlük;
- Əmək haqqı razılaşma yolu ilə.
Vakansiyaya uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına gözlədikləri əmək haqqı məbləğini qeyd etməklə göndərə bilərlər.
Dil bilikləri, bacarığı CV-də qeyd olunanlara uyğun olmayan namizədlər narahat etməsinlər.
Tələblər
- Ali təhsilin olması (tibbi təhsilin olması əlavə üstünlükdür) vacibdir;
- Yüksək ünsiyyət qurma qabiliyyətinin olması;
- Problemi sərbəst həll etmə qabiliyyətinin olması;
- Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması;
- Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı;
- Vəzifə öhdəliklərini tam şəkildə dərk edib, onlara məsuliyyətlə yanaşmalı;
- Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı;
- Təlimlərdə iştirak etmək üçün yaxın və uzaq işguzar səfərə hazır olması;
- Yaş: 24-40;
- Kompyuter biliyi (Word, Excel, Power point, Outlook);
- Dil bilikləri - Azərbaycan dilini səlist, Rus və Ingilis dillərində sərbəst/yaxşı səviyyədə danışıq, yazışma və fikrini qarşı tərəfə çatdıra bilmə qabiliyyəti.