Office Lines

Satınalma şöbəsində bölmə rəhbəri

800 - 1000 ₼
0
Tam iş günü
Bakı, Azərbaycan
05.10.22 - 04.11.22

İş haqqında məlumat

  • Əsas Vəzi̇fə Öhdəli̇kləri̇:
  • Satınalma şöbəsinin əməkdaşlarına təyin edilmiş günlük/həftəlik/aylıq/rüblük tapşırıqların icrasına birbaşa nəzarət etmək
  • Həm daxili, həm də xarici təchizat prosesinə nəzarət etmək; mövcud təchizatçılarla effektiv əməkdaşlığa nail olmaq və yeni/alternativ təchizatçılar tapmaq
  • Minimal anbar qalıqları məsələsini daimi gündəmdə saxlamaq və lazımi dəyişiklikləri etmək. Təyin edilmiş qalıqlara uyğun təchizatın effektiv təşkilinə nail olmaq
  • 1C-dəki anbar və qeyri-anbar mal kateqoriyalarını davamlı nəzərdən keçirmək və müvafiq dəyişiklikləri etmək
  • Təchizatçılarla qarşılıqlı üzləşdirmə aktlarının tərtib və təqib edilməsinə nəzarət etmək
  • Satınalma şöbəsi tərəfindən alınan malların 1C-də düzgün qeydiyyata salınmasına nəzarət etmək
  • Müəyyən iri təchizatçılarla əməkdaşlığa şəxsən nəzarət etmək; sifariləri yerləşdirmək və onların düzgün təmin edilməsinə nəzarət etmək
  • Təchizatçılarla mütəmadi əlaqədə olmaq, ehtimal edilən/gözlənilən qiymət dəyişiklikləri barədə əvvəlcədən məlumatlı olmaq və buna uyğun müvafiq tədbirlər görmək/planlama aparmaq
  • 1C-dəki təchizatçı bazaları və qiymət cədvəllərini yeniləmək
  • Araşdırılaraq tapılmış hər bir yeni məhsul barədə detallı məlumatlara malik olmaq, onun üstün və zəif tərəflərini bilmək, hazırda aktiv satdığımız məhsulla müqayisəli analizini aparmaq

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahədə iş təcrübəsi
  • Idarəetmə və liderlik bacarıqları
  • Analitik düşünmə və təhliletmə qabiliyyəti
  • Yazılı və şifahi ünsiyyət bacarıqları
  • Problemləri tez və effektiv həll edə bilmə qabiliyyəti
  • Dil bacarıqları
  • Sənədlər və sənədləşmə işində səriştə.


Elanın müddəti bitmişdir