Bakı,
Azərbaycan
28.10.2025 11:14
-
28.11.2025 12:00
İş haqqında məlumat
- Şirkətin satınalma fəaliyyətlərini planlaşdırmaq, təşkil etmək və idarə etmək;
- Tədarükçülərin seçimini həyata keçirmək, alış tələblərini qiymətləndirərək ən uyğun qiymət və keyfiyyət göstəricilərini təmin etmək, şöbə rəhbərlərinə mütəmadi məlumat vermək;
- Yerli və xarici təchizatçıları araşdırmaq, seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
- Satınalma bazarını izləyərək xərcləri optimallaşdırmaq və daha əlverişli şərtlər əldə etmək üçün yeni tərəfdaşlarla əməkdaşlıq qurmaq;
- Təchizatçılarla qiymət endirimləri və digər kommersiya şərtləri üzrə effektiv danışıqlar aparmaq;
- Təsdiqlənmiş tələbnamələrin icrasını əlaqələndirmək və nəzarət etmək;
- Satın alınmış mallar, materiallar və xidmətlərə dair məlumat bazasını formalaşdırmaq, yeniləmək və xərclərə nəzarət etmək;
- Rəqabətli qiymət sorğusu prosesini idarə etmək və şəffaflığı təmin etmək;
- Müqavilələrin şərtlərini və xərclərini tərəfdaşlarla razılaşdırmaq;
- Şirkətin daxili inzibati və qeydiyyat prosedurlarına uyğunluğa nəzarət etmək;
- Satınalmaların aidiyyəti bölmələrə çatdırılmasını və hesabatlılığını təmin etmək;
- Daşınma və gömrük prosedurlarının koordinasiyasını həyata keçirmək.
Əmək şəraiti:
- İş qrafiki: 5 günlük
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Yemək təminatı
- Nəqliyyat xidməti
Müraciət üçün: CV-nizi mövzu hissəsində “Satınalma şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr üzrə);
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (minimum 2 il rəhbər vəzifədə);
- Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
- Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli və detallara diqqətli olmalıdır;
- MS Office proqramlarını bilməlidir;
- Azərbaycan dili, mükəmməl rus və ya ingilis dillərini bilməlidir.