Aqrar Tədarük və Təchizat

Satınalma şöbəsinin müdiri

Aqrar Tədarük və Təchizat
Ə/h razılaşma ilə
5642
Tam iş günü
Bakı, Azərbaycan
13/02/2026 - 27/02/2026

İş haqqında məlumat

  • Satınalma şöbəsinin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • Satınalma planı üzrə işlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
  • Satınalma strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
  • Rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim edilməsi;
  • İddiaçılarla yazışmaların və protokollaşdırılmış görüşlərin aparılması;
  • Şöbənin səlahiyyətinə aid edilmiş məsələlər üzrə hüquqi və fiziki şəxslərdən daxil olmuş məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılması, araşdırılması, cavablandırılması və göndərilməsi işinə rəhbərlik etmək;
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, inzibati idarəetmə,  biznesin idarə edilməsi və s.);
  • Dövlət satınalmaları üzrə iş təcrübəsinin olması vacibdir;
  • Dövlət satınalmaları haqqında qanun və əlaqədar sənədlərlə işləmək bacarığı;
  • Azərbaycan və ingilis dili biliyi / rus dili biliyi arzu olunandır;
  • Müvafiq sahədə ən az 5 il iş təcrübəsi;
  • MS office proqramlarında (xüsusən Excel) yaxşı səviyyədə işləmək bacarığı;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
  • Satınalma müqavilələrin tərtibatı haqda biliklərin olması.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.