Satınalma, təchizat və istehsalçılarla iş şöbəsinin Baş mütəxəssisi (Huawei brendi üzrə)
Bakinity Distribution MMC
Ə/h razılaşma ilə
3568
Tam iş günü
Bakı,
Azərbaycan
17/02/2026
-
03/03/2026
İş haqqında məlumat
- Telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdən (Huawei) alınması zəruri hesab edilən avadanlıqlar ilə bağlı istehsalçıdan alınan qiyməti müqayisə etmək və uyğun şirkətlərlə müqavilələrin bağlanmasını təmin etmək.
- Avadanlıq alınması üçün büdcə hazırlamaq və icra edilməsi üzrə müvafiq işləri yerinə yetirmək.
- Huawei şirkətinə məxsus məhsul və həllərinin texniki xüsusiyyətlərini müştərilərə təqdim etmək.
- Təsdiq edilmiş sifarişlər əsasında müqavilələr bağlamaq, alış sifarişlərini yaratmaq, xidmətin (alışın) yekunlaşmasından sonra lazımi sənədləri hazırlamaq və ödənişin icrasını təmin etmək.
- Sifarişlərin statuslarını izlənilmək və vaxtı-vaxtında çatdırılmasını təşkil etmək.
- Hesabatları hazırlanmaq və analiz etmək, təchizatçıların analizi və digər prosesləri effektiv şəkildə idarə etmək.
- Satış komandası ilə sıx əməkdaşlıq edərək satışdan öncə texniki dəstək göstərmək.
- Sifarişçilərin tələblərini toplamaq və təhlil etmək, qiymət və texniki təklif sənədlərini tərtib etmək.
- Satış komandası ilə birgə müştərilər üçün avadanlıqların təqdimatını həyata keçirmək.
Əlavə məlumat:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
- İşlə bağlı ezamiyyət və səfərlər zamanı nəqliyyat xərcləri qarşılanır.
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Tələblər
- Ali təhsil.
- İT sahəsində iş bacarıqları – texniki biliklərə və İT sistemlərində təcrübəyə malik olmaq.
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
- Azərbaycan və rus və ingilis dillərində sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı.
- MS Office proqramı ilə sərbəst işləmə bacarığı.
- CRM (Bitriks 24) və 1C ilə işləmə bacarığı.
- Müvafiq sahə üzrə beynəlxalq sertifikatların (CIPS Levels 2–6, CPIM – APICS/ASCM, CSCP– APICS/ASCM) olmağı üstünlükdür.
- Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı.
- Komanda mühitində işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.