Bakı,
Azərbaycan
08.10.2025 02:36
-
08.11.2025 12:00
İş haqqında məlumat
- Potensial təchizatçıları (Çin) tapmaq, qiymətləndirmək və sertifikatlı, etibarlı fabriklərlə əməkdaşlıq qurmaq;
- Təchizatçılardan nümunələr, texniki sənədlər və sertifikatlar tələb etmək, keyfiyyət yoxlamalarını təşkil etmək;
- Qiymət, MOQ, ödəniş və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq və müqavilə şərtlərini optimallaşdırmaq;
- Öz kateqoriyası üzrə illik satınalma planını hazırlamaq və təsdiqlətmək;
- Satış göstəricilərinə əsasən SKU dövriyyəsini və ehtiyac proqnozlarını optimallaşdırmaq;
- Məhsulun “life cycle” mərhələlərini izləyərək (introduksiya, böyümə, pik, azalma) vaxtında yeniləmək və çeşidi idarə etmək;
- Məhsul nümunələrini Decoliv standartlarına əsasən qiymətləndirmək (dizayn, material, qablaşdırma, təhlükəsizlik);
- Göndərişdən öncə keyfiyyət yoxlamaları (Pre-Shipment Inspection) təşkil etmək;
- Məhsul kodlaşdırması, etiketləmə və ERP (Logo Tiger) sisteminə düzgün daxilolmanı təmin etmək;
- İxrac sənədlərinin (invoice, packing list, COO, B/L, MSDS və s.) düzgünlüyünü yoxlamaq və logistika prosesinə nəzarət etmək;
- Logistika şöbəsi ilə birlikdə yüklərin planlanması, CBM optimizasiyası və çatdırılma müddətinə nəzarət etmək;
- Hər alış dövrü üzrə qiymət müqayisə və xərclərin azaldılması hesabatlarını hazırlamaq;
- Rəhbərliyə aylıq satınalma performans hesabatı təqdim etmək.
Əlavə təminatlar:
- Nahar təminatı
- Servis Xidməti
- Korporativ nömrə və danışıq limiti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satınalma üzrə aparıcı mütəxəssis" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üzrə);
- Beynəlxalq satınalma sahəsində ən azı 2 il iş təcrübəsi (Çin bazarı ilə işləmə təcrübəsi üstünlükdür);
- Ev dekoru, mətbəx, tekstil və household kateqoriyalarında təcrübə üstünlük hesab olunur;
- İngilis dili – yüksək səviyyədə, Çin dili (Mandarin) bilikləri üstünlükdür;
- ERP sistemlərində (xüsusilə Logo Tiger) işləmək bacarığı;
- Yüksək ünsiyyət, danışıqlar aparma və qərarvermə bacarığı;
- Komandada işləmək, stressə davamlılıq və operativlik.