Aqrar Tədarük və Təchizat

Satınalma üzrə aparıcı mütəxəssis

Aqrar Tədarük və Təchizat
Ə/h razılaşma ilə
1077
Tam iş günü
Bakı, Azərbaycan
16.10.2025 11:18 - 16.11.2025 12:00

İş haqqında məlumat

  • Dövlət satınalmaları haqqında qanun və müvafiq sənədlər əsasında satınalma sənədlərinin tərtib edilməsi;
  • Müəssisənin fəaliyyətinin təşkili üçün nəzərdə tutulan satınalmaların təşkil edilməsi;
  • Satınalmalar üzrə cari bazar qiymətlərinin və potensial təçhizatçıların müəyyən edilməsi məqsədilə bazar araşdırmalarının aparılması;
  • Mal, iş və xidmətlərin alınması üçün iş həcmlərinin və şərtlər toplusunun hazırlanmasına nəzarət etmək və onların qanunvericiliyə uyğunluğunu təmin etmək;
  • Qurumun struktur bölmələri ilə koordinasiyalı şəkildə illik satınalma planlarının formalaşdırılması;
  • İcra edilmiş satınalmalara və təchizarçılara dair məlumat bazasının formalaşdırılması və satınalmalar barədə hesabatların hazırlanması;
  • Dövlət Satınalmalarının vahid internet portalında (etender.gov.az) elanın, sənədlərin və məlumatların vaxtında yerləşdirilməsinə nəzarət etmək;
  • Satınalmalar üzrə sənəd dövriyyəsini, protokol və müqavilə layihələrinin hazırlanmasını təşkil etmək;
  • Malların tədarükü cari və yarana biləcək ehtiyacların öyrənilməsi, tələbatların proqnozlaşdırılması;
  • Satınalma fəaliyyəti üzrə hesabatların, illik təhlillərin və təkmilləşdirmə üzrə təkliflərinin hazırlanması.

İş rejimi:

  • 5 günlük iş qrafiki;
  • İş saatı 09:00-18:00-dək;
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Qeyd: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, İnzibati idarəetmə,  biznesin idarəedilməsi və s. üzrə təhsil);
  • “Dövlət satınalmaları haqqında” Qanun, “Qərarlar” və əlaqədar normativ-hüquqi aktlar üzrə biliklər;
  • Azərbaycan dili (sərbəst səviyyədə), ingilis dili/rus dili biliyi (yüksək səviyyədə);
  • Müvafiq sahədə ən az 3 il iş təcrübəsi (Dövlət Satınalmaları üzrə təcrübə üstünlükdür);
  • MS Office proqramlarında (xüsusən Excel və Word) işləmək bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rəsmi sənədlərlə işləmək və təqdimatlar hazırlamaq bacarığı;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
  • Satınalma müqavilələrin tərtibatı haqda biliklərin olması;
  • Satınalmalar sahəsində sertifikatlara sahib olmaq üstünlükdür (CİPS, PMP, CIPP və s.).