STP Metal Structures

Satınalma üzrə aparıcı mütəxəssis

VLand Systems MMC
Ə/h razılaşma ilə
325
Tam iş günü
Sumqayıt, Azərbaycan
22/12/2025 - 05/01/2026

İş haqqında məlumat

  • Satınalma üzrə qaydaların yazılmasında dəstək olmaq;
  • ⁠Prosedurlara riayət olunmasını təmin etmək üçün satınalma komandasına dəstək göstərmək;
  • Satınalma şöbəsinin illik büdcəsinin hazırlanmasında dəstək olmaq;
  • Sifarişlər əsasında bazar araşdırmasını etmək;
  • Ehtiyatların miqdarına nəzarət etmək;
  • Analiz edib uyğun satıcını seçmək;
  • Tələb olunduğu təqdirdə təklifləri qiymətləndirməyə yardım etmək üçün mütəxəssis məsləhətindən istifadə etmək;
  • Tender qiymətləndirmə planına, prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək və seçim etmək;
  • Satınalma tələblərinə uyğun olaraq malları təhvil almaq;
  • Prosedur qaydalarına uyğun olaraq mal və ya xidmətlərin qəbul edilməsini təsdiq etmək, ödənişlər üçün hesabları emal etmək;
  • Sifarişçinin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində satınalma prosesini yekunlaşdırmaq;
  • Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək;
  • Yük anbara və ya layihəyə çatana qədər sifarişi izləmək;
  • Prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;
  • Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
  • Podratçılarla müqavilə razılaşmaları rəsmiləşdirilməməyənə qədər işə başlamamaq;
  • Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;
  • Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;
  • Müqavilələrin və sifarişlərin statusunu izləmək.

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş yeri: Sumqayıt şəhəri
  • Könüllü tibbi sığorta təminatı
  • Korporativ nömrə
  • Nahar şirkət tərəfindən verilir
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.

Tələblər

  • Ali təhsilli (iqtisadiyyat üzrə);
  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
  • MS Office (Word, Excell, Power Point) proqramlarında işləməyi bilməli;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
  • Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
  • İstehsalat üzrə təcrübə olması üstünlükdür;
  • Ünsiyyət qurma bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərini bilməli.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını  "CV göndər📤" düyməsindən istifadə edərək mövzu hissəsinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq göndərə bilərlər.