Bakı,
Azərbaycan
22/05/2026
-
22/06/2026
İş haqqında məlumat
AZELKO” MMC 2008- ci ildən fəaliyyət göstərir.Müəssisəmiz alçaq və orta gərginlikli (36kV – a qədər) dəstləşdirilmiş (komplekt) paylayıcı qurğuların (KPY) istehsalı ilə məşğuldur.
- İş vaxtı həftə içi 08:00-dan 17:30-dək
- Ünvan: Abşeron ray. Şamaxı şossesi 14km
- Nahar fasiləsi 12:30-dan 13:30-dək
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
Tələblər
- Yaş: 25-45 yaş
- Təhsil: Ali təhsil
- Elektrik Avadanlıqları və Materiallarının Satınalması sahəsində azı 2 il iş təcrübəsi
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi, danışıqların aparılması , uzunmüddətli əməkdaşlıq qurulması və saxlanılması bacarığı
- Satınalma sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
- Satınalma sorğularının hazırlanması və analiz edilməsi;
- Satınalma müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinin müəyyən olunması (qiymət, ödəniş, çatdırılma və s.)
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Alınan və idxal olunan Avadanlıqları və Materiallarının logistika fəaliyyətlərini tənzimləmək, vaxtında və keyfiyyətə uyğun çatdırılmasının nəzarət edilməsi
- Zədələnmiş və ya yararsız malların müəyyən edilməsi, aktlaşdırılması və silinməsi prosesinin idarə edilməsi
- MS Office proqramları
- 1C ERP sistemləri ilə işləmə bacarığı
- İngilis və rus dili
- Satınalma zəncirinin bütün aspektlərinə nəzarət edilməsi, hər hansı maneə və ya səmərəsizlik barədə rəhbərliyin dərhal məlumatlandırılması
- Rəhbərlik, Satınalma və loqistika şöbəsi üçün hesabatları hazırlamaq və vaxtında təqdim etmək.
- Qərar qəbul etmə meyilli və rəqəmlərlə işləmək bacarığı, detallara qarşı ciddi diqqət yetirməklə, eyni vaxtda çoxsaylı tapşırıqları idarə etmək bacarığı
- Sifarişlər və satınalma ilə bağlı problemlərin düzgün həllini təmin etmək üçün maliyyə, satış və texniki kimi daxili şöbələrlə koordinasiyalı fəaliyyət
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini <[email protected]> e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd etmələri xahiş olunur.