Bakı,
Azərbaycan
26/11/2025
-
26/12/2025
İş haqqında məlumat
- Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq;
- Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
- Xarici və yerli təchizatçıları araşdırmaq, seçim etmək və təchizatçı bazasını daima yeniləmək;
- Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıların cəlb edilməsi;
- Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması;
- Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
- Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;
- Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət etmək;
- Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;
- Tələb olunduqda daşınma və gömrük işlərini həll etmək.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Tələblər
- Ali təhsil (İnşaat, İqtisadiyyat, Menecment və ya digər aidiyyatı sahələr üzrə);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
- Məsuliyyətli və detallara diqqətli olmalıdır;
- MS Office, həmçinin 1C proqramlarını bilməlidir;
- Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.