Bakı,
Azərbaycan
28.10.2025 12:33
-
28.11.2025 12:00
İş haqqında məlumat
“ZƏHMƏT RUZİ” MMC komandasına Satınalma üzrə Kiçik Mütəxəssis axtarırıq!
- Şirkətimiz fəaliyyətində səmərəliliyin və keyfiyyətli satınalma proseslərinin təmin olunması məqsədilə Satınalma və Təchizat şöbəsinə yeni əməkdaş dəvət edir;
- Vəzifə: Satınalma üzrə Kiçik Mütəxəssis;
- Şöbə: Satınalma və Təchizat;
- İş rejimi: 09:00–18:00 (5 günlük iş həftəsi);
- Əmək haqqı: 800 AZN (xalis);
- Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan;
- Satınalma proseslərinin sifarişin qəbulundan malın və ya xidmətin təhvilinə qədər həyata keçirilməsi;
- Qiymət araşdırmalarının aparılması və müqayisə cədvəllərinin hazırlanması;
- Satınalma sənədlərinin, müqavilələrin və sifarişlərin 1C sistemində işlənməsi və izlənməsi;
- ERP sistemində əməliyyatların düzgün və vaxtında icrası;
- Təchizatçı bazasının formalaşdırılması və yenilənməsi;
- Satınalma hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Şirkətin daxili qaydalarına və müvafiq qanunvericiliyə riayət edilməsi.
Biz təklif edirik:
- Motivasiyaedici və dəstəkləyici iş mühiti;
- Peşəkar inkişaf və təlim imkanları;
- Rahat və stabil iş şəraiti;
- Nahar təminatı.
Uyğun namizədlər CV-lərini “Satınalma üzrə Kiçik Mütəxəssis” başlığı ilə qeyd olunan mail ünvanına göndərə bilərlər.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, idarəetmə, logistika və ya müvafiq sahə üzrə);
- Satınalma və ya təchizat sahəsində minimum 1 il iş təcrübəsi;
- 1C proqramını və Microsoft Office paketini (Excel, Word, PowerPoint, Outlook) yaxşı səviyyədə bilmək;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
- Satınalma Qanunvericiliyi haqqında biliklər üstünlükdür;
- Təchizatçılarla effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Bəy namizədlərə üstünlük veriləcək;
- Xarici dil biliyi üstünlükdür(İngilis dili).