Azeco Clean MMC

Satınalma üzrə kiçik mütəxəssis

Azeco Clean MMC
Ə/h razılaşma ilə
3855
Tam iş günü
Bakı, Azərbaycan
04/02/2026 - 18/02/2026

İş haqqında məlumat

  • Təmizlik vasitələri, dezinfeksiya məhsulları, avadanlıqlar və digər materiallar üzrə satınalma prosesində iştirak;
  • Təchizatçıların araşdırılmasında və qiymət təkliflərinin toplanmasında dəstək göstərmək;
  • Qiymət müqayisələrinin hazırlanmasına köməklik etmək;
  • Sifarişlərin yerləşdirilməsi və çatdırılma prosesinin izlənilməsi;
  • Satınalma sənədlərinin (sifariş forması, hesab-faktura, təhvil-təslim aktı və s.) hazırlanmasına dəstək;
  • Anbar və layihələrlə koordinasiya edərək material ehtiyaclarının müəyyən edilməsində iştirak;
  • Stok səviyyələrinin izlənilməsinə kömək etmək;
  • Kimyəvi məhsullar üzrə təhlükəsizlik sənədlərinin (MSDS və s.) toplanması və arxivləşdirilməsində iştirak;
  • Aylıq satınalma hesabatlarının hazırlanmasına dəstək;
  • Daxili prosedur və maliyyə qaydalarına riayət etmək.

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: 5 günlük;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilmə;
  • Əmək haqqı: razılaşma əsasında.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi və s. üstünlükdür);
  • Satınalma sahəsində minimum 1 il iş təcrübəsi;
  • MS Office (xüsusilə Excel) üzrə baza/yaxşı biliklər, 1C biliyi üstünlükdür;
  • Analitik düşüncə, öyrənməyə açıqlıq;
  • Məsuliyyətlilik, operativlik və detallara diqqət.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.