Sumqayıt,
Azərbaycan
08/09/2026
-
08/10/2026
İş haqqında məlumat
📍 İş yeri: Sumqayıt
Vəzifə öhdəlikləri:
- İstehsalat və texniki şöbələrin tələblərinə uyğun satınalma proseslərində iştirak etmək;
- Müxtəlif məhsul, xammal, material və xidmətlər üzrə bazar araşdırması aparmaq;
- Təchizatçıların araşdırılması və kommersiya təkliflərinin toplanmasına dəstək olmaq;
- Qiymət və təkliflərin müqayisəsini aparmaq;
- Satınalma sifarişlərinin hazırlanması və icrasının izlənilməsində iştirak etmək;
- Təchizatçılarla yazışmalar aparmaq və sifarişlərin çatdırılma müddətlərini izləmək;
- Malların qəbul prosesində aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
- Satınalma məlumatlarını 1C və digər proqramlarda qeyd etmək və yeniləmək;
- Təchizatçı bazasının yenilənməsində və hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər
- Ali təhsil;
- İş təcrübəsi tələb olunmur – iş öyrədilir;
- İngilis dili biliyi mütləqdir;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
🔹 İş şəraiti:
💰 Əmək haqqı: Razılaşma yolu ilə
🍽️ Nahar: Şirkət tərəfindən təmin edilir
🚌 Servis: Sumqayıt daxili servis xidməti mövcuddur
İş vaxtı 09:00 / 18:00 ( 5 günlük iş qrafiki )
📩 CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
📞 Əlavə məlumat üçün: +994 50 251 14 55
📌 Mövzu hissəsində: “Satınalma üzrə Kiçik Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.