Bakı,
Azərbaycan
14.03.24
-
13.04.24
İş haqqında məlumat
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;
- Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Xarici satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
- Şöbələri vaxtaşırı lazım olan vasitələrlə təmin etmək, onların işləməsinin uçotunu aparmaq, müvafiq hesabat formasını tərtib etmək;
- Təchizatçılarla görüşlərin keçirilməsi, danışıqların aparılması, təkliflərin alınması və qiymətləndirilməsi;
- Tədarükçülərin (Mal, iş və xidmət satanların) araşdırılması, əlaqələrin yaradılması;
- Planların tərtib edilməsi və satınalmaların əsaslandırılması;
- Yeni alışların təsdiq olunması üçün bir neçə məhsul nümunəsinin təqdim edilməsi;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
- Təchizatçılarla (xarici) müqavilələrin bağlanması;
- Məhsul hazır olduqdan sonra yükləmə sənədlərinin (packing list) menecerə göndərilməsi və yükləmənin təşkil edilib izlənməsi;
- 1C proqramında satış heyəti tərəfindən formalaşdırılan minimal yazılmış saylar sistemi və satış heyəti tərəfindən keçilən daxili sifariş stok sifarişinin icra edilməsi.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Satınalma sahəsində iş təcrübəsi 2 ildən az olmayaraq;
- Dil bilikləri: Azərbaycan dili və rus dili (ingilis dili üstünlükdür);
- Kompüter bacarıqları: 1C işləmə bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Kollektivdə işləmək bacarığı.
Elanın müddəti bitmişdir