Bakı,
Azərbaycan
01.02.24
-
02.03.24
İş haqqında məlumat
- Daxil olan sifarişlərə əsasən daxili bazarı araşdırır;
- Daxil olan sifarişləri qiymətləndirir, sifarişçi ilə dəqiqləşdirir, əldə edilən məlumatı Şöbə Rəhbərinə təqdim edir;
- Tender təkliflərinin hazırlanması məqsədi ilə Texniki Şöbədən daxil olan sorğulara əsasən qiymət ararşdırmasını aparır;
- İstehsalçılar/təchizatçılarla danışıqlar aparır, tələb olunan material resursları ən sərfəli şərtlərlə (keyfiyyət standartları, qiymət, çatdırılma şərtləri) alınması barədə razılıq əldə edir;
- Ayrılmış təhtəlhesablarla bağlı hesabatların prosedura uyğun aparır;
- Kontragentlərlə bağlı hesabatların daxili prosedura uygun olaraq aparılmasını təmin edir;
- İş qrafiki : Həftə içi 5 gün (Şənbə günü növbəli);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Tələblər
- Ali təhsil (iqtisadi sahədə üstünlükdür);
- Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi olmalı (Marketinq alışlarında təcrübənin olması üstünlükdür);
- Azərbaycan dili səlis, ingilis dili bilikləri üstünlükdür;
- MS Office proqramlarını baza səviyyədə bilməli;
- Satınalma sahəsində hər-hansı sertifikatın olması üstünlükdür.
Elanın müddəti bitmişdir