B1

Satınalma üzrə mütəxəssis

Boulevard 1909
Ə/h razılaşma ilə
1698
Tam iş günü
Bakı, Azərbaycan
04.08.2025 12:44 - 04.09.2025 12:00

İş haqqında məlumat

Boulevard 1909– Zövqün və Tarixin Birləşdiyi Ünvan-Bakının qəlbində, Xəzərin sahilində yerləşən Boulevard 1909 – ənənəvi Azərbaycan mətbəxinin yüksək səviyyədə təqdim olunduğu premium restorandır. Boulevard 1909 – yerli mətbəximizin incəliklərini kəşf etmək, unikal ləzzətləri dadmaq və kulinariya sənətinin zirvəsinə şahid olmaq istəyənlər üçün mükəmməl seçimdir.

  • Menyu və istehsalat planlamasına uyğun olaraq, gündəlik və mövsümi ərzaq və qeyri-ərzaq məhsullarının sifarişi və təchizatının təşkili;
  • Restoran rəhbərliyi və baş aşpazlarla sıx əməkdaşlıq edərək onların tələbatlarının vaxtında və düzgün qarşılanmasını təmin etmək;
  • Yerli və beynəlxalq bazarda etibarlı təchizatçılarla danışıqlar aparmaq, əməkdaşlıq qurmaq və qiymət-keyfiyyət-çatdırılma balansını təhlil etmək;
  • Uyğun olmayan və ya zədələnmiş məhsullar üzrə geri qaytarma və zərərin minimuma endirilməsi prosesinin idarə edilməsi;
  • Təchizat sifarişlərinin toplanması, sistemə daxil edilməsi və sənədləşmənin aparılması;
  • Satınalma müqavilələrinin və ödənişlərin düzgün şəkildə aparılmasına nəzarət;
  • Anbarla koordinasiya edərək məhsul dövriyyəsi, ehtiyat səviyyəsi və tələbat proqnozunun idarə olunması;
  • Bazar qiymətləri, alternativ məhsullar və tədarükçülər üzrə mütəmadi monitorinq və təhlillərin aparılması;
  • Təchizat büdcəsinə və xərclərə nəzarət, aylıq və rüblük hesabatların hazırlanması;
  • Təchizat komandasının gündəlik fəaliyyətinin planlaşdırılması və iş bölgüsünün təşkili;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
  • Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz ya CV formasını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “ Satınalma üzrə mütəxəssis  ” yazaraq göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Təchizat və ya Qida mühəndisliyi sahəsində);
  • 25-40 yaş arası bəy namizədlər;
  • Restoran, catering və ya qida sənayesində ən azı 3 il satınalma və təchizat sahəsində iş təcrübəsi;
  • Qida təhlükəsizliyi və keyfiyyət standartları haqqında məlumatlı;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Yaxşı danışıqlar aparmaq, müqayisəli təhlil etmək və strateji qərarlar vermək bacarığı;
  • Stressə davamlılıq, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Komanda ruhu və yüksək işgüzar etika;
  • Azərbaycan dili – sərbəst;
  • İngilis dili – orta səviyyədə; rus dili bilikləri – üstünlükdür.