Universal Group of Companies

Satınalma üzrə Mütəxəssis

Universal Group of Companies
Ə/h razılaşma ilə
1477
Tam iş günü
Bakı, Azərbaycan
14.08.2025 09:42 - 14.09.2025 12:00

İş haqqında məlumat

  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirilməsi, nəzarətdə saxlanılması, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Satınalma proseslərinin əlverişli şərtlərlə həyata keçirilməsi;
  • Bazar araşdırması, tələb olunan malların yerli və xarici bazarda təhlil edilməsi;
  • Təchizat sifarişlərinin təşkili, idarə edilməsi və müvafiq hesabatların hazırlanması;
  • Satınalma prosesində ilkin qiymətləndirmə, danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılması;
  • Müxtəlif mal və xidmətlərə olan ehtiyacların müəyyən edilməsi, tədarükçülərlə əlaqələrin qurulması və əlaqələrin davamlılığının təmin edilməsi;
  • Satınalma müqavilələrinin hazırlanması və şərtlərinin razılaşdırılması;
  • Tədarükçülərdən gələn təkliflərin qiymətləndirilməsi və ən yaxşı təklifin seçilməsi;
  • Alınan malların və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsi, satınalma prosesinin izlənməsi və idarə edilməsi;
  • Satınalma prosesində yaranan risklərin öncədən qiymətləndirilməsi.

İş şərtləri:

  • Həftə içi 5 gün, 09:00 – 18:00;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə və mobil telefon;
  • Könüllü tibbi sığorta.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsinə "Satınalma üzrə Mütəxəssis" yazmağı unutmayın.

Tələblər

  • Kişi namizəd;
  • Sürücülük vəsiqəsinin olması mütləqdir;
  • Təhsil: Minimum bakalavr dərəcəsi;
  • Təcrübə: Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (Rus dili və İngilis dili əlavə üstünlükdür);
  • Kompüter bilikləri: 1C, MS Office.


Oxşar vakansiyalar