Gens Elektrik

Satınalma üzrə mütəxəssis

Gens Elektrik
700 - 1500 ₼
2699
Tam iş günü
Bakı, Azərbaycan
02.09.2025 03:10 - 02.10.2025 12:00

İş haqqında məlumat

  • Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Satınalmanın daxili prosedura uyğun  təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
  • Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi;
  • Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişlərin nəzərdən keçirilməsi;
  • Müqavilələrin hazırlanmasının təşkili,  müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi.

 İş şəraiti

  • İş qrafiki - 6 günlük;
  • Həftə içi 09:00 – 18:00;
  • Əmək haqqı – 700 - 1500 AZN. Müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Cinsi – Qadın/kişi;
  • Yaş həddi: 25-35 yaş;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili yaxşı,Rus dili üstünlükdür;
  • İş təcrübəsi: 1-3 il;
  • Komandada işləmək qabiliyyəti;
  • MC ofis proqramlarında müstəqil inkişaf;
  • 1C proqramında baza biliklərinin olması arzuolunandır;
  • Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli olması vacibdir.