Bakı,
Azərbaycan
19.09.2025 09:58
-
19.10.2025 12:00
İş haqqında məlumat
- Şöbə/Bölmə: Təchizat və Logistika şöbəsi
- Vəzifə: Satınalma üzrə mütəxəssis
- Hesabat verdiyi şəxs: Şöbə rəhbəri
- Şöbəyə həvalə olunmuş və ya məsuliyyət daşıdığı brendlər üzrə mövcud və potensial təchizatçıları qiymətləndirmək, bazar araşdırması aparmaq, texniki və maliyyə kriteriyalara uyğun seçim etmək;
- Hər brend üzrə şirkət daxili qaydalara və prosedurlara uyğun sifarişlərin araşdırılması, təsdiqlənməsi və ERP/IRP sisteminə daxil edilməsini təmin etmək;
- Brend üzrə proforma və müqavilələrin yoxlanılması, təsdiqi, ödəniş şərtləri və təslim müddətlərinin izlənməsi;
- Brend məhsullarının vaxtında və tam şəkildə alınmasını təmin etmək, əskik və ya zədələnmiş məhsullarla bağlı problemləri operativ həll etmək;
- Brend üzrə satınalma əməliyyatlarını dəqiq sənədləşdirmək, rüblük və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Brend üzrə daimi ünsiyyət saxlamaq, sorğulara cavab vermək və şirkət üçün strateji tərəfdaşlıq imkanlarını araşdırmaq;
- Yeni məhsul və brendləri təhlil etmək, şirkətə tətbiq oluna biləcək innovativ həlləri tövsiyə etmək, beynəlxalq sərgilərdə iştirak etmək;
- Hər brend üzrə satış performansına, stok vəziyyətinə və trend analitiklərinə əsasən satınalma qərarlarını optimallaşdırmaq;
- Təchizatçı gecikmələri, keyfiyyət problemləri və maliyyə risklərini vaxtında müəyyən edib, rəhbərliyə və logistika şöbəsinə məlumat vermək;
- Satış, logistika və maliyyə şöbələri ilə koordinasiyalı işləmək, sifarişlərin vaxtında və düzgün çatdırılmasını təmin etmək;
- Təchizatçıların performansını qiymətləndirmək, müqavilə şərtlərinə riayət olunmasını təmin etmək;
- Öz vəzifə və kvalifikasiyasına uyğun olaraq əsas vəzifə öhdəliklərindən əlavə, rəhbərliyin tapşırığı əsasında digər aidiyyəti işləri də vaxtında və keyfiyyətlə yerinə yetirməlidir.
Təklif:
- Ofis- Dərnəgül. Ziya Bünyadov pr 2071;
- İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 1200-1500 azn (Net) Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Açar bacarıq və davranışlar:
- Analitik təhlil: Bazar, brend və satış məlumatlarını qiymətləndirmək, optimal qərarlar qəbul etmək;
- Prosesə yönümlülük: Satınalma proseslərini dəqiq, qaydalara uyğun və səmərəli icra etmək;
- Yeniliklərə adaptasiya: Yeni brendlər və bazar trendlərinə uyğun tez reaksiya göstərmək;
- Effektiv kommunikasiya: Daxili və xarici tərəfdaşlarla peşəkar ünsiyyət qurmaq;
- Problemlərin həlli: Çətin və stressli situasiyalarda operativ və əsaslı qərarlar qəbul etmək.
CV-lərinizi “Satınalma üzrə mütəxəssis” başlığı ilə qeyd olunan poçt ünvanına göndərməyiniz xahiş ol
Tələblər
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika, Satınalma və ya əlaqəli sahələr);
- İş təcrübəsi: Satınalma sahəsində minimum 3 il;
- Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri əla;
- Kompyuter bilikləri: Microsoft Office, ERP sistemləri (IRP), digər satınalma proqramları.