Gens Elektrik

Satınalma üzrə mütəxəssis

Gens Elektrik
700 - 1500 ₼
383
Tam iş günü
Bakı, Azərbaycan
13.10.2025 10:11 - 13.11.2025 12:00

İş haqqında məlumat

  • Xarici və yerli alışları yerinə yetirməli;
  • Şirkətdaxili  formalaşdırılmış sifarişləri  anbar ehtiyyatları ilə müqaisə edib aidiyyati şöbələri məhsullarla təmin etməlidir;
  • Şirkətin satınalma siyasətinə ciddi şəkildə riayyət etməlidir;
  • Təchizat üzrə sənədləşmələrin düzgün şəkildə yerinə yetirilməsi;
  • Alınması zəruri hesab edilən mal, xidmət və ya işlərlə bağlı təchizatçı şirkətlərin müəyyən edilməsi, uyğun şirkətlərlə müqavilələrin bağlanması;
  • Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması;
  • Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması;
  • Görülən işlər barədə aylıq və illik hesabatların aparılması;
  • Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
  • Logistikanın təmin olunması.

İş şəraiti:

  • İş vaxtı 09:00 – 18:00 (6 günlük iş həftəsi)
  • İstirahət: Bazar günü.
  • Şirkət tərəfindən korporativ nömrə, telefon və internet ilə təmin olunur.
  • Əmək haqqı: 700-1500 AZN (təcrübəyə görə) 
  • İşçilər Azərbaycan Respublikası Məcəlləsinə əsasən sənədləşdirilir.
  • İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 185

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1 ildən yuxarı iş təcrübəsi;
  • Rus dili mütləqdir;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı;
  • 1C 8.3 proqramında iş təcrübəsi;
  • Logistik təcrübə.


Oxşar vakansiyalar