Q-STP

Satınalma üzrə mütəxəssis

Q-STP
Ə/h razılaşma ilə
1660
Tam iş günü
Bakı, Azərbaycan
28.10.2025 10:14 - 28.11.2025 12:00

İş haqqında məlumat

  • Tələb olunan mal-material, avadanlıq və xidmətlər üzrə sifarişlərin qəbul olunmasını, təhlil edilməsini və emalını təmin etmək;
  • İllik satınalma planlarının hazırlanmasında iştirak etmək, satınalma proseslərini (tender, kotirovka və s.) təşkil etmək;
  • Təchizatçılarla müqavilələrin bağlanmasını təşkil etmək və müqavilə şərtlərinin icrasına nəzarət etmək;
  • Satınalma sifarişlərinin vaxtında və düzgün icra olunmasını təmin etmək və təchizat prosesinin bütün mərhələlərini izləmək;
  • Təchizatçılar bazarını araşdırmaq, potensial təchizatçılarla əlaqə qurmaq və qiymət təkliflərini toplamaq;
  • Təchizatçılarla qiymət, keyfiyyət və çatdırılma müddətləri barədə danışıqlar aparmaq və uyğun seçim etmək;
  • Təchiz edilən malların keyfiyyət və miqdara uyğunluğunu yoxlamaq, zəruri hallarda iddia işlərini həyata keçirmək;
  • Satınalma sənədlərini və hesabatlarını dəqiq və tam tərtib etmək, uçot sistemində məlumatların düzgünlüyünü təmin etmək;
  • Satınalmaların illik və dövri büdcəsinin icrasına nəzarət etmək və təchizat xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Təchizat, istehsal, anbar və logistika funksiyaları arasında əlaqələndirməni təmin etmək və bu mərhələlər üzrə məlumat axınını idarə etmək;
  • Material dövriyyəsinə, çatdırılma müddətlərinə və mövcud ehtiyat səviyyələrinə nəzarət etmək və optimallaşdırma tədbirləri həyata keçirmək;
  • Struktur bölmənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.

İş şəraiti:

  • İş yeri: Bakı və Sumqayıt şəhərləri;
  • İş qrafiki: 5 günlük;
  • İş saatları: 09:00-18:00 ;
  • Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək.

Müraciət qaydası:

  • Mövzu yerinə “Satınalma üzrə mütəxəssis” qeyd edərək qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  •  Ali təhsil;
  • Müvafiq sahədə  2 il iş təcrübəsi;
  • İT resursları və ofis proqramları (Word, Excel, Power Point) üzrə biliklər;
  • Komanda ilə işləmə;
  • Operativlik ;
  • Məsuliyyətlilik.


Oxşar vakansiyalar