NM

Satınalma üzrə mütəxəssis

Neft - Mədən Avadanlığı MMC
Ə/h razılaşma ilə
845
Tam iş günü
Bakı, Azərbaycan
30.10.2025 03:59 - 30.11.2025 12:00

İş haqqında məlumat

  • Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi; 
  • Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi;
  • Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanması, onların düzgün daşınması və çatdırılması işini təşkil etməsi, hər hansı bir maneələr olarsa rəhbərliyi  məlumatlandırması;
  • Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi;
  • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər, 09:00-18:00;
  • Əmək haqqı: Müsahibə yolu ilə .

Tələblərə uyğun şəxslər CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq. 

Tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq;
  • Kompüter bilikləri:1C, MS Windows sistemi, Microsoft Office proqramları;
  • Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-əla və ingilis dili-əla;
  • Təchizat ilə bağlı hüquqi-normativ sənədlər haqqında məlumat;
  • Komanda ilə işləmək bacarığı;
  • Effektiv ünsiyyət,çeviklik,məsuliyyətlililk, intizamlıq;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.


Oxşar vakansiyalar