Collezione İtalia

Satınalma üzrə mütəxəssis

Collezione İtalia
1300 ₼
342
Tam iş günü
Bakı, Azərbaycan
24/11/2025 - 24/12/2025

İş haqqında məlumat

  • Xarici şirkətlərlə və ya xarici şirkətlərin yerli nümayəndəlikləri ilə əlaqələrin, əməkdaşlıqların qurulması ;
  • Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
  • Xarici nümayəndəliklərin iştirakı ilə əlaqələrin möhkəmləndirilməsi üzrə müəyyən tədbirlərin və görüşlərin təşkili, müşaiəti və xarici tədbirlərdə şirkətin təmsil olunması;
  • Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Alqıların təsdiq olunmasını, müvafiq qaydada sənədləşdirilməsini və inventarizasiya siyahısında qeydə alınmasını təmin etmək;
  • Müqavilələr üzrə xidmət haqlarının (qiymətlərin) həqiqiliyini və bütün müqavilələrin xərclər baxımından sərfəli olmasını təmin etmək.Ödənişlərə dair tövsiyələrin müqavilə şərtlərinə, monitorinq xərclərinə və proqnozlaşdırlmış sərfiyyata uyğun gəlməsini təmin etmək;
  • Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
  • Nümunələrin təqdim edilməsi;
  • Şirkətin  təchizat  üzrə sənədləşmənin aparılması, yük trayektoriyasının izlənməsi və qəbulu proseslərində iştirak;

Şərtlər:

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Həftə ərzində 5 iş günü, şənbə və bazar günü;
  • Əmək haqqı 1300 AZN + Bonus ;
  • İş saatı: Bazar ertəsi - cümə -10:00-19:00.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” sözlərini qeyd edərək"CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Tələblər

  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Azərbaycan rus və ingilis dillərində səlis danışıq və yazı qabiliyyəti (italyan dili arzuolunandır); 
  • MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Avropa ölkələrindən alışlar həyata keçirildiyi üçün Avropa ölkələrindən mal alımında təcrübəsi olan şəxslərin olması mütləqdir;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı.