Bakı,
Azərbaycan
15/12/2025
-
22/12/2025
İş haqqında məlumat
- Şirkətin satınalma ehtiyaclarının müəyyən edilməsi və bazar araşdırmalarının aparılması
- Təchizatçılarla əlaqələrin qurulması və qiymət təkliflərinin toplanması
- Qiymət, keyfiyyət və çatdırılma şərtlərinə əsasən təchizatçıların müqayisəli təhlili
- Satınalma sifarişlərinin hazırlanması və təsdiq prosesinin idarə edilməsi
- Müqavilə və kommersiya şərtlərinin razılaşdırılması
- Satınalmalarla bağlı daxili prosedurlara riayət olunması
- Malların vaxtında çatdırılmasına nəzarət və gecikmələr barədə hesabatlılıq
- Satınalma sənədləşməsinin düzgün aparılması (sifariş, müqavilə, təhvil-təslim aktları və s.)
- İllik və aylıq satınalma hesabatlarının hazırlanması
- Təchizat risklərinin qiymətləndirilməsi və optimallaşdırma imkanlarının analiz edilməsi
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin idarə edilməsi və s. uyğun sahələr üstünlükdür)
- Minimum 2-3 il satınalma sahəsində iş təcrübəsi (Neft-qaz sahəsində)
- Satınalma prosedurları və sənədləşmə qaydaları haqqında bilik
- MS Office proqramlarında yaxşı bilik
- Güclü analitik düşüncə və danışıqlar aparma bacarığı
- Məsuliyyətli, detallara diqqətli və operativ olmaq
- Komanda ilə işləmək bacarığı
- İngilis və rus dilləri mütləq
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, məktubun mövzu hissəsində vəzifə adını qeyd etməklə göndərə bilərlər.