Bakı,
Azərbaycan
06/01/2026
-
20/01/2026
İş haqqında məlumat
İş yeri: Demirchi Tower
Tam ştat | İşə dərhal başlaya biləcək namizədlərə üstünlük verilir
- Məhsul kateqoriyaları üzrə ehtiyac vahidlərini müəyyən etmək və portfeli formalaşdırmaq;
- Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini daimi izləmək;
- Şirkətdə aparılan satınalma proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürmək;
- Etibarlı yerli bazar (satıcı) və təchizatçılar bazasının yaradılması və inkişaf etdirilməsi;
- Əməkdaşlıq edilən xarici şirkətlərlə yazışmaların aparılması;
- Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması;
- Sifarişlərin istehsalçılara hazırlanıb göndərilməsi və təqibi;
- Satınalma, Logistika, İdxal proseslərində iştirak etmək, icrasına nəzarət etmək;
- Anbarda mal qalığının miqdarına nəzarət və idarə edilməsi;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Rəhbərliyin tələbinə uyğun olaraq satınalma prosesi üzrə aylıq, rüblük, illik hesabatların hazırlanması;
- Təchizat zənciri risklərini (çatdırılma gecikmələri, siyasi iqtisadi risklər, təchizatçının iflası və s.) müntəzəm qiymətləndirmək və ehtiyat planları hazırlamaq;
- Alternativ təchizatçıların həmişə hazır olmasını təmin etmək;
- Alınan məhsulların keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq (keyfiyyət təminatı ilə əməkdaşlıq);
- Satınalma prosesində qarşılıqlı müqavilələrinin idarə olunması və sənədlərin tamlığına əmin olmaq və mühasibatlığa təqdim edilməsi
- Müqavilələrin icrasına nəzarət etmək (şərtlər, çatdırılma tarixləri, keyfiyyət), müqavilə yeniləmələrini planlaşdırmaq;
- Satınalma prossesində daxili olaraq 1C proqramında qeydiyyatların aparılması;
- Satış, marketinq, maliyyə, anbar və istehsal departamentləri ilə sıx əlaqə saxlayaraq ehtiyacları proaktiv şəkildə müəyyən etmək;
- Ehtiyac yarandıqda şirkət daxili layihələrdə iştirak edərək lazımi material təminatına dəstək olmaq;
- Elektron satınalma, onlayn tender platformaları kimi rəqəmsal vasitələrdən səmərəli istifadə etmək;
- Şirkət daxili satınalma, təchizat prosedurlarına riayət etmək, təsdiq olunmuş təchizatçılarının (approved supplier list) qeydiyyat sənədini daimi yenilənməsi;
- Audit nəzarəti zamanı şirkət daxili yoxlamaların aparılması və sənədlərin qaydasında olmasına əmin olmaq.
Tələblər
- Ali təhsil;
- Satınalma sahəsində müvafiq təcrübəsi və effektiv satış bacarığının olması;
- Azərbaycan, ingilis dillərində səlis danışmaq bacarığı, rus dili bilənlərə üstünlük verilir;
- Ofis proqramlarından (Excel, Outlook və s.) və 1C proqramında mükəmməl istifadə bacarığı;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi mütləqdir.