UPS Construction

Satınalma üzrə mütəxəssis

UPS Construction
Ə/h razılaşma ilə
3800
Tam iş günü
Bakı, Azərbaycan
06/01/2026 - 20/01/2026

İş haqqında məlumat

  • Istehsalatdan yönələn sorğuların icra edilməsi, sistemdə mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
  • Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
  • Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
  • Şirkətin mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
  • Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
  • Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
  • Struktur daxili müfaviq hesabatların hazırlanması.

İş şəraiti:

  • Bazar ertəsi- Cümə 09:00 – 18:00
  • İş yeri: Chinar Park Business Centre
  • Uğurlu namizədlərin əmək haqqı gözləntisi nəzərdən keçiriləcəkdir. 

Tələblər

  • Maliyyə / İqtisadiyyat / Tikinti iqtisadiyyatı / Mühəndislik üzrə ali təhsil
  • Müvafiq sahədə 2 illik təcrübə;
  • Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
  • Komandada işləməyi bacarmalı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Danışıqların aparılması sahəsində bacarıqlar.

Bilik və bacarıqlar:

  • Təchizat və subpodrat müqavilələri ilə işləmə təcrübəsi;
  • BOQ, ERP sistemləri (1C, SAP, Oracle və s.) – üstünlükdür;
  • MS Excel – yüksək səviyyə.

Şəxsi keyfiyyətlər:

  • Analitik düşüncə, detallara yüksək diqqət BOQ, BOQ;
  • Prinsipial və məsuliyyətli yanaşma;
  • Təzyiq altında qərarvermə, vaxtında xəbərdarlıq etmə bacarığı;
  • Rəhbərliklə aydın və dürüst kommunikasiya.

Dil bilikləri:

  • Azərbaycan dili – əla
  • Rus dili – üstünlükdür
  • İngilis dili – üstünlükdür

Kompüter bilikləri:

  • MS Excel – Advanced
  • MS Office – yaxşı
  • ERP/1C – üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.