Mint Services MMC

Satınalma üzrə mütəxəssis

Mint Services MMC
1500 ₼
2330
Tam iş günü
Bakı, Azərbaycan
08/01/2026 - 22/01/2026

İş haqqında məlumat

  • Anbarlardan daxil olan sifarişlərin qəbulu, düzgün emalı və tədarükçülərə vaxtında sifarişlərin verilməsi;
  • Qaimə-fakturaların və digər sənədlərin düzgünlüyünün yoxlanılması və qeydiyyata alınması;
  • Məhsulların təhvil-təslim və çatdırılma proseslərinin koordinasiyası, nəqliyyat və logistika ilə bağlı əməliyyatların izlənməsi və prosesin vaxtında tamamlanmasının təmin edilməsi;
  • Şöbə rəhbərinin tapşırığı əsasında daxili sənədlərin – müqayisəli təhlillərin, kommersiya təkliflərinin, aktların və digər satınalma sənədlərinin hazırlanması;
  • Tədarükçülərlə üzləşmə aktlarının hazırlanması, razılaşdırılması və imzalanma prosesinin təşkil edilməsi;
  • Satınalma tələblərinin düzgün qəbul edilməsi, qiymətləndirilməsi və tələb olunan materialların təmin olunması üçün bütün mərhələlərin idarə edilməsi;
  • Bazar araşdırmasının aparılması, tələb olunan məhsul və materialların yerli və xarici bazarlarda qiymət, keyfiyyət və təchizatçı müxtəlifliyi baxımından təhlil edilməsi;
  • Tədarükçülər üzrə borc məlumatlarının, ödəniş siyahılarının və müvafiq maliyyə sənədlərinin hazırlanması, maliyyə şöbəsi ilə koordinasiyalı şəkildə ödənişlərin planlanması.

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük;
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
  • Əmək haqqı: 1500 AZN.

Qeyd: Layihənin müddəti 5 aydır.

Tələblər

  • Ali təhsil;
  • Təchizat, satınalma və ya logistika sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək səviyyədə işləmək bacarığı;
  • Xarici dil biliyi üstünlükdür;
  • Yüksək ünsiyyət və danışıqlar aparma bacarığı;
  • Komanda ilə işləmə bacarığı və məsuliyyətli yanaşma;
  • Analitik düşüncə, detallara diqqət və operativlik;
  • Stressə davamlılıq və işə çevik yanaşma.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.