Q-STP

Satınalma üzrə mütəxəssis

Q-STP
Ə/h razılaşma ilə
989
Tam iş günü
Sumqayıt, Azərbaycan
15/01/2026 - 29/01/2026

İş haqqında məlumat

  • Tələb olunan mal-material, avadanlıq və xidmətlər üzrə sifarişlərin qəbul olunmasını, təhlil edilməsini və emalını təmin etmək;
  • İllik satınalma planlarının hazırlanmasında iştirak etmək, satınalma proseslərini (tender, kotirovka və s.) təşkil etmək
  • Təchizatçılarla müqavilələrin bağlanmasını təşkil etmək və müqavilə şərtlərinin icrasına nəzarət etmək;
  • Satınalma sifarişlərinin vaxtında və düzgün icra olunmasını təmin etmək və təchizat prosesinin bütün mərhələlərini izləmək;
  • Təchizatçılar bazarını araşdırmaq, potensial təchizatçılarla əlaqə qurmaq və qiymət təkliflərini toplamaq;
  • Təchizatçılarla qiymət, keyfiyyət və çatdırılma müddətləri barədə danışıqlar aparmaq və uyğun seçim etmək;
  • Təchiz edilən malların keyfiyyət və miqdara uyğunluğunu yoxlamaq, zəruri hallarda iddia işlərini həyata keçirmək;
  • Satınalma sənədlərini və hesabatlarını dəqiq və tam tərtib etmək, uçot sistemində məlumatların düzgünlüyünü təmin etmək;
  • Satınalmaların illik və dövri büdcəsinin icrasına nəzarət etmək və təchizat xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Təchizat, istehsal, anbar və logistika funksiyaları arasında əlaqələndirməni təmin etmək və bu mərhələlər üzrə məlumat axınını idarə etmək
  • Material dövriyyəsinə, çatdırılma müddətlərinə və mövcud ehtiyat səviyyələrinə nəzarət etmək və optimallaşdırma tədbirləri həyata keçirmək
  • Struktur bölmənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.

İş şəraiti:

  • İş yeri: Bakı və Sumqayıt şəhərləri
  • İş qrafiki: 5 günlük
  • İş saatları: 09:00-18:00 
  • Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə  2 il iş təcrübəsi
  • İT resursları və ofis proqramları (Word, Excel, Power Point) üzrə biliklər
  • Komanda ilə işləmə
  • Operativlik 
  • Məsuliyyətlilik

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar