Debet  Safety

Satınalma üzrə mütəxəssis

Debet Safety
Ə/h razılaşma ilə
4835
Tam iş günü
Bakı, Azərbaycan
12/02/2026 - 26/02/2026

İş haqqında məlumat

  • Satınalma strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Təchizatçıların araşdırılması və qiymətləndirilməsi;
  • Kotirovka sorğularının, tender və müqavilələrin hazırlanması;
  • Qiymət təkliflərinin toplanması, müqayisəsi və analizi;
  • Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət edilməsi;
  • Yerli və xarici təchizatçılarla danışıqların aparılması və müqavilələrin bağlanması;
  • Təchizatçı müqavilələrinin icrasına nəzarət edilməsi və ödənişlərin həyata keçirilməsi;
  • Anbar ehtiyatlarının və satınalma proseslərinin izlənməsi;
  • Satınalma əməliyyatlarının mühasibatlıq və digər aidiyyəti şöbələrlə koordinasiya edilməsi;
  • Bazar araşdırmaları apararaq optimal satınalma şərtlərinin müəyyən edilməsi;
  • Satınalma üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Şirkətin daxili qaydalarına və satınalma qanunvericiliyinə uyğunluğun təmin edilməsi.

İş şəraiti:

  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcəkdir;
  • İş qrafiki: Həftə içi 5 gün

Tələblər

  • Ali təhsil
  • Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət, rus dili arzuolunandı.
  • Yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.