Master Tools

Satınalma üzrə mütəxəssis

Master Tools
1800 - 2000 ₼
477
Tam iş günü
Bakı, Azərbaycan
25/02/2026 - 11/03/2026

İş haqqında məlumat

  • Satınalma müqavilələrinin hazırlanması üzrə ilkin hüquqi və kommersiya anlayışına malik olmaq;
  • Satın alınan malların hərəkətinin izlənilməsi və müvafiq sənədləşmənin təşkili;
  • Təchizat və satınalma proseslərinin ümumi prinsipləri barədə bilik;
  • Razılaşdırılmış kommersiya şərtlərinin icrasına nəzarət;
  • Xarici bazar araşdırmalarının aparılması və satış analizlərinin hazırlanması;
  • Zəruri hallarda xarici ölkələrə ezamiyyətlərdə iştirak (sərgi və təlimlər);
  • Təchizat üzrə sənəd dövriyyəsinin təşkili və idarə olunması;
  • Təchizat zəncirinin idarə olunması prinsipləri barədə anlayış;
  • Böyük həcmli məlumatlarla işləmə və yüksək məhsuldarlıq qabiliyyəti;
  • Tədarükçülərlə qiymət və texniki şərtlər üzrə danışıqların aparılması;
  • Xarici ölkələrdən malların vaxtında sifarişi və ölkəyə çatdırılmasının təşkil edilməsi;
  • Rəhbərliyə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
  • Qərarvermə, problem həll etmə, planlaşdırma və komanda ilə işləmə bacarığı;
  • Stressə davamlılıq, məsuliyyətlilik və peşəkar iş etikası;

Əmək haqqı: 1800 – 2000 AZN

İş qrafiki: 6 günlük, 09:00 – 19:00.
 

Tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: Satınalma və ya təchizat sahəsində minimum 3–5 il (mütləq şərt);
  • Kompüter bilikləri: MS Office (Word, Excel) – yüksək səviyyədə;
  • Analitik düşünmə və effektiv ünsiyyət bacarıqları;
  • Yaş həddi: 25–40;
  • Azərbaycan dili – səlis;
  • İngilis və rus dilləri – minimum C1 səviyyəsində (yazılı və şifahi) mükəmməl bilmək mütləqdir;
  • Cins: Xanım və bəy;

Vacib qeyd (CV göndərən namizədlər üçün)

  • Satınalma sahəsində minimum 3–5 il iş təcrübəsi və İngilis və rus dilləri – minimum C1 səviyyəsində (yazılı və şifahi) mükəmməl bilmək mütləqdir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar