Khazar University Dunya IB School

Satınalma üzrə mütəxəssis

Khazar University Dunya IB School
1000 ₼
1242
Tam iş günü
Bakı, Azərbaycan
06/03/2026 - 20/03/2026

İş haqqında məlumat

  • Məktəbin fəaliyyətinin təmin olunması üçün zəruri olan mal, material, təsərrüfat və ofis ləvazimatlarının, avadanlıqların satınalma prosesini təşkil edir.
  • Məktəbin şöbələri tərəfindən təqdim olunan sifarişləri qəbul edir, təhlil edir və satınalma prosesinin planlaşdırılmasında iştirak edir.
  • Yerli və xarici tədarükçülərin araşdırılmasını aparır, yeni təchizatçılarla əlaqələrin qurulmasını təmin edir və mövcud tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirir.
  • Mallar və avadanlıqlar üzrə texniki xüsusiyyətlərin və qiymətlərin araşdırılmasını aparır.
  • Yerli və xarici təchizatçı şirkətlərdən qiymət təkliflərinin alınmasını təşkil edir, təkliflərin müqayisəli təhlilini aparır və optimal təkliflərin seçilməsi üçün rəhbərliyə təqdim edir.
  • Təchizatçı şirkətlərlə danışıqlar aparır və əməkdaşlıq şərtlərinin razılaşdırılmasını təmin edir.
  • Satın alınan malların qəbulu, keyfiyyətinin yoxlanılması və anbara yerləşdirilməsi prosesində iştirak edir.
  • Qaimə, hesab-faktura və digər təchizat sənədlərinin hazırlanmasını və düzgünlüyünün yoxlanılmasını təmin edir.
  • Malların hərəkəti və qaimələrin müvafiq proqram təminatına (1C və ya digər sistemlərə) daxil edilməsini təmin edir.
  • Təchizat sənədlərinin düzgün şəkildə saxlanılması və arxivləşdirilməsini həyata keçirir.
  • Mühasibatlıq və anbar şöbəsi ilə koordinasiyalı şəkildə işləyərək sənəd dövriyyəsinin düzgün aparılmasını təmin edir.
  • Satınalma və təchizat prosesləri üzrə rəhbərliyə dövri hesabatlar hazırlayır və təqdim edir.
  • Məktəbin ehtiyaclarına uyğun olaraq satınalma və təchizat üzrə təklif sorğularının və tender proseslərinin təşkili, təchizatçılardan təkliflərin toplanması və müqayisəli təhlilinin aparılmasını təmin edir.
  • Tender və satınalma prosedurları üzrə sənədlərin hazırlanmasında iştirak edir və rəhbərliyə təqdim edir.
  • Gömrükləmə üçün lazım olan sənədləri hazırlamaq

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 – 18:00).
  • Əmək haqqı: 1000 Azn NET
  • Rəsmi əmək müqaviləsi, Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 9


 

Tələblər

  • Təhsil: İqtisadiyyat sahəsi üzrə minimum bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: vəzifə sahəsində 2 il ;
  • Xarici dillər: Azərbaycan dili (səlis), ingilis dili (B2 səviyyədə);
  • Kompüter bilikləri: Word, Excel, Outlook, 1C;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.