Tamstore

Satınalma üzrə mütəxəssis

Tamstore
Ə/h razılaşma ilə
532
Tam iş günü
Bakı, Azərbaycan
28/04/2026 - 12/05/2026

İş haqqında məlumat

  • Satınalma prosesinin müəyyən edilmiş prosedur və qaydalara uyğun, vaxtında icra olunmasının təmin edilməsi, satınalma sorğularının operativ şəkildə yerinə yetirilməsi;
  • Mallar, avadanlıqlar və xidmətlər üzrə texniki və qiymət araşdırmalarının aparılması;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarlar üzrə araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçilməsi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;
  • Təchizatla bağlı müqavilə şərtlərinin müəyyən edilməsi, hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi;
  • Alınmış məhsul və xidmətlərin keyfiyyəti və çatdırılması ilə bağlı məsələlərin həllinə dəstək göstərilməsi;
  • Mal-material və xidmət alışlarının ən uyğun şərtlərlə təmin edilməsi;
  • Təchizatçı və tədarükçü bazasının formalaşdırılması, onların fəaliyyətinin qiymətləndirilməsi;
  • Təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Tələblər

  • Təchizat və satınalma prosesləri və ümumi prinsipləri üzrə biliklər;
  • Danışıqların aparılması və təchizatçılar arasında optimal seçim edilməsi üzrə səriştə;
  • Bazarın təhlili və hesabatların hazırlanması üzrə biliklər;
  • Satınalma sahəsində sənəd dövriyyəsinin təşkili, aparılması və təqibi üzrə biliklər;
  • MS Office proqramları üzrə biliklər, xüsusilə yüksək səviyyədə Excel biliyi;
  • Məsuliyyətlilik, qərarvermə, problemlərin həlli, planlaşdırma və təşkilatçılıq bacarıqları;
  • Yüksək səviyyədə kommunikasiya və biznes ünsiyyət bacarıqları.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Əlaqəli sahə);
  • Satınalması sahəsində ən az 2-3 il iş təcrübəsi;
  • Retail sahəsində təcrübə üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.