Bakı,
Azərbaycan
12/05/2026
-
26/05/2026
İş haqqında məlumat
- Satınalma proseslərini müəyyən edilmiş qaydalar və təsdiq edilmiş prosedurlara əsasən həyata keçirmək, mövcud prosedurların optimallaşdırılması ilə bağlı təkliflər vermək;
- Satınalma proseslərində qüvvədə olan qanunvericiliyin tələblərinə əməl etmək;
- Satınalma prosesinin bütün mərhələlərində düzgün sənədləşməni təmin etmək, sənədlərin tamlığına və düzgünlüyünə nəzarət etmək;
- Satınalma prosesində mümkün riskləri və uyğunsuzluqları müəyyən etmək, şübhəli və ya qeyri-standart əməliyyatlar barədə rəhbərliyi məlumatlandırmaq;
- Təchizatçıların seçilməsi prosesində bərabər və obyektiv yanaşmanı təmin etmək;
- Maraqların toqquşmasına səbəb ola biləcək hallardan çəkinmək;
- Müxtəlif şöbələrdən daxil olan satınalma tələblərini qəbul etmək və qeydiyyata almaq, tələblərin texniki xüsusiyyətlərini və əsas parametrlərini yoxlamaq, tələbin əsaslandırılmasını və prioritetliyini qiymətləndirmək;
- Lazım olan məhsul və xidmətlər üzrə bazar qiymətlərini araşdırmaq;
- Potensial təchizatçıların siyahısını hazırlamaq, alternativ təchizatçıların və məhsulların müqayisəli analizini həyata keçirmək;
- Sifarişlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək, alınan məhsulların anbara daxil olmasını izləmək;
- Satınalma xərclərinin statistik təhlilini aparmaq, satınalma üzrə aylıq və rüblük hesabatların hazırlanmasında iştirak etmək;
- Satınalma sənədlərini sistemləşdirmək və arxivləmək, müqavilə, sifariş və təklif sənədlərini qeydiyyatda saxlamaq;
- Satınalma proseslərinin səmərəliliyini artırmaq üçün təkliflər vermək;
Tələblər
- Müvafiq sahədə 2-3 il iş təcrübəsinin olması;
- Satınalma proseslərini tənzimləyən normativ-hüquqi aktları bilmək;
- Daxili satınalma qaydaları və prosedurlarla işləmək təcrübəsinin olması;
- Bazar qiymətinin analizi və təkliflərin təhlil olması üzrə dərin təcrübə;
- Təchizatçılar və daxili şöbələrlə effektiv kommunikasiyanın qurulması;
- İngilis dili biliyinin yüksək səviyyədə olması;
- Microsoft Office (Word, Outlook, Excel, PowerPoint) proqramlarından istifadə bacarığının olması;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.