Glassica

Satınalma üzrə Mütəxəssis

Glassica
Ə/h razılaşma ilə
338
Tam iş günü
Sumqayıt, Azərbaycan
10/06/2026 - 24/06/2026

İş haqqında məlumat

  • Müəssisənin satınalma tələblərinin vaxtında və düzgün şəkildə təmin edilməsini təşkil etmək;
  • Yerli və xarici təchizatçılarla əlaqələrin qurulması və idarə olunması;
  • Qiymət təkliflərinin toplanması, müqayisəli təhlilinin aparılması və rəhbərliyə təqdim edilməsi;
  • Yeni təchizatçıların araşdırılması və təchizatçı bazasının genişləndirilməsi;
  • Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət;
  • Müqavilələrin hazırlanması, razılaşdırılması və icrasının izlənilməsi;
  • Təchizatçılarla qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
  • Sifarişlərin çatdırılma müddətlərinin izlənilməsi və gecikmələrin aradan qaldırılması;
  • Satınalma prosesləri üzrə sənədləşmə işlərinin həyata keçirilməsi;
  • Anbar, istehsalat və digər aidiyyəti şöbələrlə koordinasiyalı işin təşkili;
  • Bazar araşdırmalarının aparılması və qiymət dəyişikliklərinin monitorinqi;
  • Aylıq və dövri satınalma hesabatlarının hazırlanması;
  • Satınalma büdcəsinin səmərəli idarə olunmasına dəstək vermək.

İş şəraiti:

  • İş rejimi: 08:00–17:00 (Şənbə və Bazar – istirahət günləri)
  • İş yeri Sumqayıt
  • Nahar əvəzi əlavə ödəniş
  • Servis xidməti mövcuddur
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

Tələblər

  • Ali təhsil;
  • Satınalma sahəsində minimum 5 il iş təcrübəsi;
  • İstehsalat müəssisəsində satınalma sahəsində iş təcrübəsi üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • 1C ERP proqramında işləmək bacarığı
  • Analitik düşüncə, planlaşdırma və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətlilik, operativlik və nəticəyönümlülük;
  • İngilis və rus dillərini bilmək vacibdir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.