Aznof

Satınalma üzrə mütəxəssis

Aznof
Ə/h razılaşma ilə
411
Tam iş günü
Bakı, Azərbaycan
04/08/2026 - 18/08/2026

İş haqqında məlumat

AZNOF MMC “Satınalma üzrə mütəxəssis” vakansiyası üzrə işçi axtarır

  • Tikinti layihələri üçün tələb olunan mal-materialların, avadanlıqların və xidmətlərin vaxtında və optimal şərtlərlə satınalınmasını təşkil etmək;
  • Təchizatçı və podratçı bazasını araşdırmaq, yeni təchizatçılar cəlb etmək və qiymət təkliflərini toplamaq;
  • Daxil olan sorğular üzrə qiymət müqayisə cədvəllərini hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Təchizatçılarla qiymət, ödəniş şərtləri və təhvil-təslim müddətləri üzrə danışıqlar aparmaq;
  • Sifariş olunan tikinti materiallarının keyfiyyət sertifikatlarının və Texniki Şərtlərə uyğunluğunun yoxlanılmasını təmin etmək;
  • Materialların tikinti sahəsinə (obyektə) çatdırılma qrafikinə və logistika prosesinə nəzarət etmək;
  • Təchizatçılarla yarana biləcək iddiaları (kəsir, zədələnmiş mal, gecikmə və s.) idarə etmək və həll etmək.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Əmək haqqı: Namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq 

Tələblər

  • Müvafiq ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
  • Tikinti materialları, mexanizmləri və spesifikasiyaları haqqında geniş anlayış;
  • Təchizatçılarla danışıqlar aparmaq və razılaşma əldə etmək bacarığı;
  • MS Office (xüsusilə MS Excel) proqramlarını yüksək səviyyədə bilmək;
  • Analitik düşüncə, təşkilatçılıq və eyni anda bir neçə layihə ilə işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun