Faber Construction

Satınalma üzrə mütəxəssis

Faber Construction
1500 - 2000 ₼
709
Tam iş günü
Bakı, Azərbaycan
21/08/2026 - 04/09/2026

İş haqqında məlumat

  • Tikinti şirkətinin ehtiyaclarına uyğun məhsul və xidmətlərin satınalınmasını həyata keçirmək;
  • Təchizatçıların araşdırılması və yeni təchizatçıların cəlb edilməsi;
  • Qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
  • Təchizatçılarla danışıqların aparılması və sərfəli şərtlərin əldə edilməsi;
  • Satınalma sifarişlərinin və müvafiq sənədlərin hazırlanması;
  • Sifarişlərin vaxtında çatdırılmasını və prosesin icrasını izləmək;
  • Satınalma xərclərinə nəzarət etmək;
  • Təchizatçılarla işgüzar münasibətlərin qurulması və davam etdirilməsi.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Çinar Park Biznes Mərkəzi, 2-ci bina, 3-cü mərtəbə, 309-cu otaq
  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–17:00; 6-cı gün qısa iş saatı
  • Əmək haqqı: 1500–2000 AZN
  • Əsas Fəaliyyət İstiqamət: Tikinti təmir və yenidənqurma
  • Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi

Tələblər

  • Satınalma və təchizat sahəsində İş təcrübəsi 3-5 il
  • Tikinti sektorunda satınalma təcrübəsi üstünlükdür;
  • Təchizatçı bazarı və məhsullar haqqında məlumatlı olmaq;
  • Danışıqlar aparmaq və qiymət razılaşdırmaq bacarığı;
  • MS Office, xüsusilə Excel proqramından istifadə bacarığı;
  • Analitik düşünmə və təşkilatçılıq qabiliyyəti;
  • Məsuliyyətli və operativ olmaq;
  • Komandada işləmək bacarığı.

Oxşar vakansiyalar