
94706 noyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYoxdur
Rus diliYoxdur
İngilis diliYoxdur
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYoxdur
Rus diliYoxdur
İngilis diliYoxdur
İş haqqında
FABRİORA GROUP MMC | by Predo şirkəti “Satınalma üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında
“FABRİORA GROUP” MMC ölkəmizdə müasir texnologiyalar əsasında “PREDO” və “MİNİ BOSS” markalı uşaq bezləri, “LA LUNA” markalı mətbəx dəsmalları, tualet kağızları, stolüstü salfetlər, toz və maye yuyucu vasitələr, nəm salfetlər və digər gigiyenik məhsullar istehsal edən aparıcı yerli müəssisələrdən biridir.
Əsas vəzifələr
• Ölkə daxili xammal, mal-material və ehtiyat hissələrinin alınması proseslərini təşkil etmək və idarə etmək;
• Daxili bazar araşdırmaları aparmaq, uyğun təchizatçıları müəyyənləşdirmək;
• Yerli təchizatçılarla əlaqə qurmaq, işgüzar yazışma və danışıqlar aparmaq;
• Yerli təchizatçılardan kommersiya təkliflərini toplamaq, müqayisə etmək və təhlil etmək;
• Qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq;
• Satınalma sifarişlərini yerləşdirmək və icrasına nəzarət etmək;
• Malların çatdırılmasını, çatdırılma müddətlərini və nəqliyyat xərclərinin optimallaşdırılmasını təmin etmək;
• Müqavilə və sifarişlərin hazırlanmasına nəzarət etmək;
• Xammal, mal-material və ehtiyat hissələrinin vaxtında, tələb olunan keyfiyyətdə və əlverişli şərtlərlə təmin olunmasını təşkil etmək;
• Satınalma üzrə hesabatlar hazırlamaq.
Namizədə tələblər
• Ali təhsil;
• Satınalma və təchizat sahəsində 3–5 il iş təcrübəsi;
• Ölkə daxili satınalma prosesləri və təchizatçılarla işləmək üzrə praktiki bilik;
• Yerli təchizatçılarla işgüzar yazışma və danışıqlar aparmaq bacarığı;
• MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyə;
• Analitik düşüncə və kommersiya təkliflərini təhlil etmək bacarığı;
• Planlaşdırma, koordinasiya və problem həll etmə bacarığı;
• Məsuliyyətlilik, dəqiqlik və operativlik;
• Komanda ilə işləmək bacarığı.
İş şərtləri
• Əmək haqqı: 1300–1500 AZN;
• İş istiqaməti: ölkə daxili satınalma (xammal, mal-material və ehtiyat hissələri);
• Peşəkar inkişaf imkanları və təcrübəyə uyğun iş mühiti;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Servis mövcuddur.


.jpg)

