"Fin-Plast İnternational" MMC

Satınalma üzrə Mütəxəssis (Kiçik Mütəxəssis)

"Fin-Plast İnternational" MMC
Ə/h razılaşma ilə
295
Tam iş günü
Sumqayıt, Azərbaycan
29/07/2026 - 29/08/2026

İş haqqında məlumat

  • İstehsalat və texniki şöbələrin tələblərinə uyğun olaraq satınalma tələblərinin formalaşdırılmasında iştirak etmək;
  • Ehtiyat hissələri, xammal, material və xidmətlər üzrə bazar araşdırması aparmaq, təchizatçıları müəyyənləşdirmək;
  • Təchizatçılardan kommersiya təklifləri toplamaq, qiymət və şərtləri müqayisə edərək rəhbərliyə təqdim etmək;
  • Satınalma sifarişlərini hazırlamaq, təsdiq prosesini izləmək və icrasına nəzarət etmək;
  • Təchizatçılarla gündəlik yazışmaları və danışıqları aparmaq, sifarişlərin çatdırılma müddətlərini izləmək;
  • Malların qəbul prosesində anbar və aidiyyəti şöbələrlə birlikdə iştirak etmək;
  • Satınalma əməliyyatlarını 1C və digər proqramlarda qeydiyyata almaq və məlumatları mütəmadi yeniləmək;
  • Satınalma müqavilələrinin hazırlanması və sənədləşdirilməsi prosesində iştirak etmək;
  • Mövcud təchizatçı bazasını idarə etmək, yeni təchizatçıların araşdırılması və bazaya əlavə edilməsini təmin etmək;
  • Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Zərurət yarandıqda ofis təchizatı, istehsalat materialları və digər satınalma proseslərində iştirak etmək.

İş şəraiti:

  • Əmək haqqı – razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Sumqayıt daxili servis xidməti mövcuddur.

Tələblər

  • Ali təhsil;
  • Satınalma sahəsində minimum iş təcrübəsi;
  • Rus və ya ingilis dili biliyi mütləqdir;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı;
  • 1C proqramı ilə işləmək bacarığı üstünlükdür;
  • Analitik düşünmə, danışıqlar aparmaq və problem həll etmə bacarığı;
    Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.

CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə və ya əlavə məlumat üçün +994 50 251 14 55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.